XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

20 May 2016 - 21:08

İqtisadçı ekspertdən Baş nazirə müraciət:“Supermarketləri qorumalıyıq”

Son zamanlar ölkə ictimaiyyətinin ən çox müzakirə etdikləri məsələlərdən biri supermarketlərə tətbiq olunan vergi qaydalarıyla bağlıdır. Supermarket sahibləri bu vergilərin həddindən artıq olduğunu və yeni qaydaların onları iflasa sürüklədiyini vurğulayır, Vergilər Nazirliyi isə iddiayla razılaşmır, əksinə, şikayətçilərin satış dövriyyəsini dəfələrlə gizlətdiyini bildirir.

Nazirliklə sahibkarlar arasında “soyuq savaş”ın davam etdiyi ərəfədə vergi məsələləri üzrə ekspert Elçin Qurbanov problemdən çıxış yolları barədə təklif hazırlayaraq, Baş nazirə göndərib.

Ekspert müraciətinin bir nüsxəsini də Strateq.az-a göndərib:

 

 

 

Hörmətli cənab Baş nazir!

Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsini rəhbər tutaraq, ictimai maraqları ifadə edən müraciətimizə tərəfinizdən baxılmasını sizdən xahiş edirik.

Kənd təsərrüfatı məhsullarının istehsalının vergidən azad edilməsi ölkənin ərzaq təhlükəsizliyinin təminatı məqsədilə dövlətimizin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasətdir. Amma son günlərdə iqtisadi subyektlərin və istehlakçıların üzləşdiyi bir sıra aktual məsələlərin həlli ilə bağlı müraciətlər əsasında, o cümlədən sosial iqtisadi problemlərin həllinə biganə qalmamaq səbəbiylə yaradıcılıq azadlığı hüququmdan istifadə edərək, müstəqil araşıdırmamın nəticələrini diqqətinizə ərz edirəm.

Məlumdur ki, iri supermarketlərin Əlavə Dəyər Vergisi (bundan sonra ƏDV)  məqsədləri üçün əvəzləşdirilmə təyinatlı sənədlərinin vergi hesab fakturalarının (VHF)  alınmasında yaranan çətinliklər bir çox məhsulların qiymətlərində yersiz bahalaşmanı şərtləndirə bilər. Ona görə də ƏDV-nin differensiallaşdırılması ilə bağlı müxtəlif təkliflər mətbuat manşetlərində və TV-də səsləndirildi. Qeyd etməliyəm ki, əslində məsələnin  həlli üçün Vergi qanunvericiliyinə əlavə dəyişikliyin edilməsinə lüzum yoxdur. Bunun üçün müvafiq icra hakimiyyəti orqanının Normativ sənədləri (aktları)  və texniki məsələlərin həlli kifayətdir. Yəni ƏDV (18%) dərəcəsi dəyişilmədən, vergi revalvasiyası reallaşdırılmadan vergilər haqqında qanunvericiliyin bütün prinsipləri əsas tutulmaqla qarşıya çıxan problemin aradan qaldırılması mümkündür. Mahiyyətcə, ƏDV  əlavə dəyərə tətbiq edilən vergi növüdür. Hüquqi İfadəsi; Əlavə Dəyər Vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə verilən elektron vergi hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.

Əlavə Dəyər Vergisinin tutulması üçün ilk növbədə əlavə dəyər müəyyən edilməlidir. Yəni ƏDV üçün vergitutma obyekti və vergitutma bazası obyektiv əsaslarla müəyyən edilməlidir. ƏDV məqsədləri üçün əvəzləşdirilməni rəsmiləşdirən VHF-nın əldə edilməsi mümkün olmadıqda bu o demək deyil ki, əlavə dəyəri müəyyən etmək mümkün deyil. Belə halda əlavə dəyər dedikdə ticarət əlavəsi kimi də başa düşmək olar. Vergiqoymanın prinsiplərindən biri  verginin iqtisadi cəhətdən əsaslandırılmasıdır. Vergi Məcəlləsinin  digər müvafiq müddəalarını də nəzərə alsaq :

3.1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır.

3.2. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır.

3.10. Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir.

Maddə 12. Vergilərin müəyyən edilməsinin əsas şərtləri.

12.1. Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun:

12.1.2. vergitutma bazası;

12.2. Vergi müəyyən edildikdə, bu Məcəllə ilə nəzərdə tutulan əsaslarla vergi güzəştləri müəyyənləşdirilə bilər.

VM-in 12-ci mad. 12.1.2. mad. vergitutma bazasının 3.1. mad. Və 3.2. mad. tələbləri əsasında vergilərin müəyyən edilməsi, tutulmasının əsasları və şərtləri qeyd-şərtsiz nəzərə alınmalıdır. Bu, həm də hüququn ümumi ideya və prinsiplərinin gözlənilməsi deməkdir.

Əgər nəzərə alsaq ki, ƏDV ödəyicisinə yerli kənd təsərrüfatı məhsullarının birbaşa satış qiymətinə ƏDV tətbiq edirik, onda vergi iqtisadi cəhətdən əsaslandırılmış sayılmır. Çünki bu halda ƏDV məhsula tətbiq edilən əlavə dəyərə deyil, malın satış qiymətinə tətbiq edilmiş olur. Məhsulun satışı əlavə dəyər yaradırsa, iqtisadi cəhətdən əsaslandırılmış sayılır. Əgər əlavə dəyər yaratmırsa, deməli, gəlir və ya mənfəət də yaratmır. Yəni vergitutma bazasını təsbit etmir.  Bu da yuxarıda qeyd edilən prinsiplərə (qanuvericiliyin tələblərinə ) ziddir. Ona görə də ƏDV hesablaması üçün VHF–nın olmaması yerli KT məhsullarına münasibətdə nəzərə alınmalı və rəsmi statistik məlumatlara istinad edilərək, topdan satış qiyməti (mağazanın alış) ilə satış qiymətinin fərqinə tətbiq edilməsi doğrudur. Belə hesablama qaydası mahiyyətcə (rəsmi mənbələrə əsaslanmaqla ) qanunauyğundur. Əks təqdirdə, sözügedən iri sahibkarlıq subyektlərində kənd təsərrüfatı mallarının, məhsullarının satış qiymətində təxminən 19% bahalaşma müşahidə oluna bilər. Bu da dövlətin sosial iqtisadi siyasətinə, o cümlədən dövlətin ali məqsədi, sosial inkişaf və dövlət siyasətinə dair tələblərlə uyuşmur. Ona görə də biz iqtisadiyyatı qanun boşluqlarının yarada biləcəyi kraterlərdən qorumalıyıq ki, şəffaf və münbit investisiya mühiti yaransın. Hesab edirik ki, vergi sisteminin təkmilləşdirilməsi, sahibkarlığın inkişafı və gələcək vergi yığımlarının sığortalanması baxımından təklifimiz çox hörmətli vergilər naziri cənab Fazil Məmmədov tərəfindən də müsbət qarşılanacaq.

Hörmətli cənab baş nazir, bir neçə supermarketlərdə fərdi qaydada apardığımız monitorinqin təhlili və araşdırılması nəticəsində gəldiyimiz qənaətlərin qısa təfərrüatlarını diqqətinizə ərz etdik.

Nəticələrə dair təklifimizi nəzərə alaraq, yerli kənd təsərrüfatı məhsullarının aşağıdakı çeşidləri üzrə ƏDV məqsədləri üçün vergitutma bazasının malın dəyəri və qiyməti arasındakı fərqi kimi müəyyən edilməsi barədə qərar ( nomativ H – Akt ) qəbul edilməsini sizdən xahiş edirik:

 

                                        Siyahı 

Yumurta (yerli)

Toyuq və toyuq məhsulları (yerli)

Ət (yerli)

Balıq (yerli)

Meyvə-Tərəvəz (yerli)

Quru meyvə  (yerli)

Buğda unu   

Çorəklər

Lavaşlar