XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

12 İyun 2015 - 10:25

Bakıda rus idmançılarla ukraynalıların davası xəbəri yalan çıxdı – Fotolar da saxta imiş

“Bakıda rusiyalı və ukraynalı idmançılar arasında dava olmayıb”.

Strateq.az APA-ya istinadən xəbər verir ki, Rusiyanın Bakı-2015 I Avropa Oyunlarındakı nümayəndə heyətinin rəhbəri İqor Kazikov belə deyib.

Ukrayna yığmasının “şef-de-missionu” Anna Sorokina da belə dava olmadığını bildirib.

Yayılan məlumatların yanlış olduğunu bildirən A. Sorokina qeyd edib ki, bununla bağlı Ukrayna səfirliyi müvafiq yerlərə iki informasiya notası göndərib: “Yalan məlumatların saytlardan çıxarılması tələb olunub. Lakin onlar həmin xəbərləri saytdan çıxarmaq əvəzinə, başqası ilə yeniləyib. Hərçənd, bizim idmançılar heç bir davada iştirak etməyiblər”.

Qeyd edək ki, bəzi media orqanlarında Bakının Atletlər Kəndində rusiyalı və ukraynalı idmançılar arasında dava baş verməsi haqda məlumatlar yayılıb. Bildirilib ki, mühafizəçilərin müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub.

Bu “xəbəri” əsaslandırmaq üçün isə bir neçə şəkildən istifadə olunub.

Məlum olub ki, həmin fotolar, ümumiyyətlə, Bakıda çəkilməyib.

Bunlar 13 iyun 2012-ci ildə Polşanın paytaxtı Varşavanın “Narodowy” stadionunda keçirilən futbol qarşılaşması zamanı polyaklarla ruslar arasında düşmüş davadan çəkilən fotolardır.