XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 May 2016 - 00:20

Almaniya parlamenti qondarma"erməni soyqrımı" qətnaməsini müzakirə edəcək

bundestaq

Almaniyada hakim Xristian Demokrat İttifaqı, Bavariyanın Xristian – Sosial İttifaqı Partiyaları və müxalifətdə olan Yaşıllar Partiyasının birgə hazırladığı Türkiyədə qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə layihəsi iyunun 2-də federal parlamentdə müzakirəyə çıxarılacaq.

“Alman dalğası”nın məlumatına görə, qətnamə layihəsində  qondarma “erməni soyqrımı”nın “20-ci əsrdə etnik təmizləmə, kütləvi qətliam və soyqrımlar tarixində nümunələrdən biri" olması qeyd edilir.  

Qətnamə layihəsi “101 il əvvəl Osmanlı İmperiyasında ermənilərə və digər xristian azlıqlara qarşı soyqrımın xatırlanması və yad edilməsi” adlanır. 

Qətnamə layihəsində o dövrdə baş verənlərdə Almaniya imperiyasının da məsuliyyətinin olması vurğulanır. 

Bundan əvvəl bu məsələnin Türkiyədə 1915-ci il  ermənilərin  “soyqrım” kimi təqdim etmək istədiyi  köçürülmənin 101-cü ildönümü ilə bağlı səsvermənin 24 apreldə keçirilməsinin nəzərdə tutulduğu  barədə məlumat verilmişdi.

Yaşıllar Partiyasının həmsədri Cem Özdemir “AFR” agentliyinə açıqlamasında “Birgə hazırlanmış qətnamənin parlamentdə daha tez müzakirəyə çıxarılmasını istəyərdik, amma müzakirə tarixindən daha vacib, partiyaların "eyni dildə" danışacağıdır”- demişdi. 

Ötən il də Almaniyada qondarma "erməni soyqrımı" ilə bağlı qərar qəbul olunması məsələsi gündəliyə gəlmişdi. Lakin bununla bağlı parlamentdə səsvermə keçirilməmişdi.

Strateq.az