XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

22 May 2016 - 11:10

“Taliban” lideri öldürüldü- Pentaqon açıqlama yaydı

«Taliban» lideri Molla Axtar Mansurun ölüm xəbəri yayılıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Pentaqon Mansurun ABŞ hərbi komandanlığına məxsus pilotsuz aparatla öldürüldüyünü bildirir.

Komandanlıqdan verilən məlumata görə, bir neçə pilotsuz aparat Pakistan-Əfqanıstan sərhədində içərisində 2 nəfər olan bir avtomobilə ardıcıl zərbələr endirib. Pentaqon əmindir ki, onlardan biri Molla Mansurdur. Hücumlar zamanı onun yanındakı şəxs də həyatını itirib. Mülki əhalidən ölən olmayıb.

ABŞ rəsmilərindən biri hava zərbələrinin prezident Obamanın göstərişi ilə həyata keçirildiyini bildirib.

Pentaqonun bəyanatında o da bildirilir ki, amerikalı hərbiçilər hava zərbələrinin nəticələrini araşdırmağa davam edirlər. Lakin onlarda Mansurun öldüyünə dair hər hansı şübhə yoxdur.

Molla Axtar Mansur «Taliban»a əvvəlki lideri Məhəmməd Ömərin ölümündən sonra rəhbərlik etməyə başlayıb. Mansurun təyinatı taliblər arasında fikir ayrılığı yaratmışdı.Taliblərin bir qrupu Mansuru, bir qrupu isə Ömərin yaxın silahdaşı Molla Rəsulu dəstəkləyirdi.

Ötən ilin sonlarında Mansur Pakistanda «Taliban»ın səhra komandirləri ilə görüş zamanı ağır yaralanmışdı.