XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 May 2016 - 15:13

Dəhşətli statistika:Suriya həbsxanalarında 60 min məhkum ölüb

2011-ci ilin martından bu yana Suriyada – Bəşər Əsəd rejiminin nəzarətində olan həbsxanalarda 60 min insan həyatını itirib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, ölənlərdən 110 nəfəri yaşı 18-dən az olanlardır.

Suriyanın İnsan Haqları üzrə Müşahidə Şurasından bildiriblər ki, bu məlumatlar Suriya ordusu və xüsusi xidmət orqanlarından əldə olunub.

Qurum bununla yanaşı, daha 14 min 450 nəfərin ölümünü qeydə alıb. Ölüm səbəbi kimi isə işgəncələr, aclıq, dərman çatışmazlığı və saxlanma şərtləri göstərilir.

Bu ilin fevralındn BMT-nin yaydığı hesabatda da Bəşər Əsəd rejiminin məhkumlara zor tətbiq etdiyinə dair faktlar var idi. Eyni zamanda müxaliflər tərəfindən əsir götürülən Əsəd qüvvələrinin də işgəncələrə məruz qaldığı bildirilir.