AKP-nin növbədənkənar qurultayında Türkiyənin hazırkı nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırımın Ədalət və İnkişaf Partiyasına sədrliyə namizədliyi səsə qoyulub.
Səsvermənin nəticəsi olaraq Binali Yıldırım AKP-nin sədri seçilib. Sədr postuna yeganə namizəd Binali Yıldırım idi. B.Yıldırım Rəcəb Tayyib Ərdoğan və Əhməd Davudoğludan sonra AKP-nin üçüncü sədri olacaq.
Nəticələr elan olunandan sonra B.Yıldırım nəvələri ilə birgə səhnəyə çıxaraq partiya üzvlərini salamlayıb.