XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

22 May 2016 - 22:44

Ərdoğanın kürəkənindən gözlənilməz sayğısızlıq –Davudoğlunun xanımının salamını almadı (VİDEO)

davudoglu-yoldasi-erdo-kurekeni

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bu gün keçirilən fövləqadə qurultayında xoşagəlməz anlar yaşanıb.

Qurultayda iştirak edən eks-baş nazir Əhməd Davudoğlunun xanımı Sara Davudoğlu dövlət rəsmiləri ilə görüşərkən Ərdoğanın kürəkəni, enerji və təbii sərvətlər naziri Berat Albayraq ona qarşı hörmətsizlik edib.

Xanım Davudoğlu əl uzadaraq Albayraqla salamlaşmaq istəsə də, prezidentin kürəkəni onun əlini havada saxlayıb.

Albayraqın bu hərəkəti Türkiyə mediasında sərt tənqid olunur (Azvision).