XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 May 2016 - 08:49

Azərbaycan əsilli iş adamını 60 milyon dollargirov müqabilində azadlığa buraxmadılar

zerrab

“Nyu York Tayms” qəzetinin müxbiri Bencamin Vayzer  ABŞ-da hənb olunan Azərbaycan əsilli, iranlı  iş adamı   Rıza  Zərrabın girov müqabilində həbsdən azad olunması təklifi ilə bağlı şok məlumatlar verib.

Jurnalistin məlumatına görə, Zərrabın vəkili 10 milyon dollar nağd vəsait və 50 milyon dollar köçümə yolu ilə girov ödənilməsini təklif edib.

Bu girov müqabilində həbsdən azad ediləcək Zərrabın Nyu-Yorka bir evdə yaşaması, peykdən GPS vasitəsilə izlənilməsi və onun qaldığı mənzilin qarşısında 24 saat silahlı mühafizəçilərin keşik çəkməsi də şərt kimi irəli sürülüb.

Zərrabın işini aparan prokuror Preet Bharara isə iş adamının vəkili Bencamin Brafmanın bu təklifini qəbul etməyib.

Vəkillər isə Zərrabın girov müqabilində azadlığa çıxması üçün yenidən məhkəməyə müraciət ediblər.

İş adamının vəkilləri öz əsaslandırmalarında qeyd ediblər ki, onun girovunun qəbul edildiyi halda beynəlxalq nüfuza malik olan müğənni həyat yoldaşının karyerasına zərbə vurmamamaq üçün sövdələmənin şərlətini qeyd-şərtsiz yerinə yetirəcək.

Zərrabın vəkilləri bundan əvvəl çinli milyarder Lap Senqin bu şərtlərə azadlığa buraxıldığını da əsas gətiriblər.

İş adamının vəkili bildirib ki, Zərrab qızı və həyat yoldaşı ilə birlikdə Disney Dünyasına baxmaq üçün ABŞ-a gəlib.

Məhkəməyə təqdim olunan vəsadətdən məlum olub ki, Zərrab Türkiyə, İranla yanaşı Makedoniya vətəndaşlığına da sahib olub.

Xatırladaq ki, prokuror Preet Bharara Zərraba 75 il həbs cəzası istəyib. 33 yaşlı iş adamı Nyu-Yorkun Metropoliten bölgəsindəki həbsxanada saxlanılır.

Starteq.az