XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

23 May 2016 - 10:59

“Getdikcə borcluların banka kreditlərini ödəməməsi adiləşir” –İqtisadçıdan Mərkəzi Banka ittiham

vuqarbayram-1.jpg

Maliyyə Bazarlarına Nəzarət Palatasının “10 min dollaradək kreditlərə kompensasiyanın ödənilməsi müzakirə edilən bilər” açıqlamasından sonra Parlament də sözügedən məsələyə münasibət bildirdi.

Ancaq kompensasiyanın verilə bilməsi ilə bağlı nikbin açıqlamalara baxmayaraq, hələlik Mərkəzi Bank tərəfindən bu istiqamətdə real addımlar atılmayıb.

Strateq.az xəbər verir ki, bununla bağlı açıqlama verən itqisadçı Vüqar Bayramov qeyd edib ki, nəinki ikinci devalvasiyadan, elə manatın ilk dəyərsizləşməsindən sonra Qazaxıstan, hətta ABŞ kimi aparıcı ölkələrin də təcrübəsini nəzərə alaraq kreditlərə kompensasiyanın verilməsini hər an gündəmə gətirsə də, təəssüf ki, Mərkəzi Bank bu məsələdə yenə də tərəddüd edir:

"Amma Mərkəzi Bankın bu tərəddüdü bank sektoru üçün ciddi çətinliklər yaratmaqdadır. Uzun müddət yüksək faizlərdən bəhrələnən banklar isə faizləri endirmək əvəzinə, daha çox inzibati metodlardan istifadə etməyə çalışırlar. Əslində, bununla da problemi daha da dərinləşdirirlər. Nəticədə, getdikcə borcluların banka kreditlərini ödəməməsi adiləşir".

İqtisadçının sözlərinə görə, devalvasiyadan sonra manatla xərcləri artan vətəndaşlara nə Mərkəzi Bank, nə də hələ də yükəsk faizlərini saxlayan banklar güzəşt etmədiyindən borcluların çoxunun ödəmə qabiliyyəti pisləşib:

"Əslində, Mərkəzi Bank kreditlərə kompensasiya ödəməklə deyil, ödəməməklə maliyyə intizamınn pozulmasına imkan yaratdı. Zamaninda kompensasiya mexanizmi tətbiq olunsaydı problemli kreditlərin həcmi bu qədər artmazdı və ödənişləri yubatmaq adiləşməzdi. Mərkəzi Bank bank sektorunda maliyyə intizamının daha da pisləşməsini arzulamırsa o zaman qısa zamanda kreditlərə kompensasiya verməlidir. Əks halda, iqtisadiyyatın mühərriki hesab edilən bankları gözləyəcək problemləri proqnozlaşdırmaq çətin olmayacaq".