XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 May 2016 - 11:15

TQDK-da yeni qurum yaradıldı –Rəsmi

TQDK

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 22-də I və IV ixtisas qrupları üzrə əvvəlki illərin məzunları üçün keçirdiyi qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradıb.

TQDK-dan verilən xəbərə görə, Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən Bakı Asiya Universitetinin binasında fəaliyyət göstərir.

Abituriyentlər Apellyasiya Komissiyasına bu gün saat 10.00-dan 17.00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Xatırladaq ki, TQDK-nın saytında və Facebook səhifəsində sual kitabçaları və imtahanda istifadə olunan test tapşırıqlarının izahı yerləşdiriləcək.