XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 May 2016 - 11:43

“Dəqiq səbəbi bəlli deyil” –İcra başçısı yanan məktəbdə

razim-icra-esabeleri

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov rayonun Qaçaq Nəbi küçəsi 91 ünvanında yerləşən Ayaz Məhərrəmov adına 95 saylı tam orta məktəbdə yanğın baş verən əraziyə gedib.

İcra başçısı jurnalistlərə açıqlamasında bildirib ki, hazırda hadisənin başvermə səbəbləri araşdırılır: "Hələ ki, dəqiq səbəbi bəlli deyil. Məktəbə dəyən ziyanın smetası çıxarılacaq, fəsadlar aradan qaldırılacaq"(Report).

Qeyd edək ki, Bu gün səhər saatlarında Bakı şəhəri, Xətai rayonunun Qaçaq Nəbi küçəsi 91 ünvanında yerləşən Ayaz Məhərrəmov adına 95 saylı tam orta məktəbdə yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov bildirib ki, Yanğın hadisəsi məktəbin ibtidai sinfin şagirdlərinin dərs keçdiyi korpusda qeydə alınıb: "Məktəbin giriş hissəsindəki otaqlardan birində mebel yanıb. Yanğının baş verməsinin səbəbləri araşdırılır. Şagirdlər dərhal hadisə yerindən təxliyyə olunub. Xəsarət alan yoxdur”.