XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 May 2016 - 12:21

 “Cumhurbaşqanımız nə zaman boş olacaqsa…” –Yeni baş nazirdən "yeni hökumət" açıqlaması

bineli-yildirim

AKP-nin rəhbəri seçilən və bununla da baş nazir vəzifəsinə də sahiblənən Binali Yıldırım yeni hökumətində kimlərin təmsil olunacağı haqda ilk açıqlamasını verib.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün açıqlama verən yeni baş nazir artıq siyahının hazır olduğunu bildirib: "Cumhurbaşqanımız nə zaman boş olacaqsa, o zaman siyahını da təqdim edəcəyik. Hazırda Türkiyədə önəmli bir dünya zirvəsi keçirilir. Zirvə bitəndən sonra, yəqin ki, hökumətin yeni tərkibiylə bağlı siyahını verəcəyik"  

Yeni baş nazir siyahıda hazırkı hökumət üzvləri arasında elə böyük dəyişiklik edilməyəcəyinin də anonsunu verib.