XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 May 2016 - 15:36

ABŞ-ın Vyetnama tətbiq etdiyi 32 illik qadağa aradan qalxdı- Obamadan tarixi ziyarət (FOTOLAR)

ABŞ 1984-ci ildən bu yana Vyetnama tətbiq etdiyi hərbi silah-sursat satışı qadağasını ləğv edir.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama bu ölkəyə səfəri zamanı bəyan edib.

Vyetnam prezidenti Çan Day Kuanqla birgə keçirdiyi mətbuat konfransında Obama bildirib ki, Birləşmiş Ştatlar Vyetnama hərbi sursat satışı ilə bağlı qadağanı tamamilə aradan qaldırır.

Prezident Kuanq ABŞ-ın bu qərarını yüksək qiymətləndirdiyini bildirib: «Bu, ölkələrimiz arasında münasibətlərin tam normallaşdığının bariz nümunəsidir».

Ekspertlərin fikrincə, Vyetnama hərbi təyyarələr patrul üçün lazım ola bilər. Eyni zamanda, ölkədə uzun illərdir istifadə olunan Su-22 və MiQ-29 təyyarələrinin əvəzlənməsinə ehtiyac var. 

Bu, Vyetnam savaşından sonra ABŞ prezidenti səviyyəsində ölkəyə üçüncü səfərdir. İlk olaraq Vyetnamda prezident Bill Klinton olmuşdu.

Vyetnamdan sonra Obama «Böyük yeddiliyin» sammitində iştirak etmək üçün Yaponiyaya yollanacaq. Sammit mayın 26-27-də keçiriləcək.