XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 May 2016 - 17:37

Prezident İlham Əliyevlə Ərdoğan görüşdü –Qarabağ müzakirəsi... (FOTOLAR)

ilham-erdogan

BMT-nin İstanbulda keçirilən I Dünya Humanitar Sammitində iştirak edən Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Görüşdə prezident İ. Əliyev sammitinin keçirilməsinin bəşəriyyət üçün çox faydalı olduğunu, sammitdə qəbul ediləcək qərarların icrasında Azərbaycanın yaxından iştirak edərək lazımi dəstəyi verəcəyini deyib.

Öz növbəsində, R. T. Ərdoğan Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində öhdəliklərinə daim əməl etdiyinə görə prezident İ. Əliyevə təşəkkür edib.

Görüşdə Azərbaycan-Türkiyə münasibətləri, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair fikir mübadiləsi də aparılıb.

APA