XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

12 İyun 2015 - 14:18

Bakı Olimpiya Stadionuna axın başladı – Təhlükəsizlik tədbirləri gücləndirilib
Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak etmək üçün 10 minlərlə insanın Bakı Olimpiya Stadionuna axını başlayıb.
Strateq.az xəbər verir ki, Lent.az-ın ərazidə olan əməkdaşının verdiyi məlumata görə, həm stadionun içində, həm də kənarında güclü təhlükəsizlik tədbirləri görülüb. Bir neçə yoxlama mərhələsindən sonra tamaşaçılar stadiona buraxılır.
Qeyd edək ki, bu gün I Avropa Oyunlarının rəsmi açılış mərasimidir. 12-28 iyun tarixlərində keçiriləcək Bakı-2015 Avropa Oyunları qitə üçün çoxsaylı idman növləri üzrə ilk dəfə keçiriləcək yarışlar olacaq.
Onu da xatırladaq ki, Bakı-2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı olimpiya, 4-ü qeyri-olimpiya idman növündə olacaq. Yarışlarda Avropanın müxtəlif ölkələrindən təxminən 6000 idmançı 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcək.
Birinci Avropa Oyunlarının keçirilməsini 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK) Bakı şəhərinə həvalə edib. İki il yarımdan sonra Bakı dünyanın ən yeni əsas idman tədbirini həyata keçirməyə hazır olub.
Azərbaycanın prezidenti İlham Əliyevin qədim Atəşgah məbədində yandırdığı məşəl 48 gün dayanmadan xalqın ən sevimli idman qəhrəmanları və mədəniyyət xadimləri tərəfindən səyahət etdirilib. 60 regionu gəzən məşəl təxminən 5500 km məsafəni qət edib.
Yerli vaxtla saat 20.15-də başlanacaq açılış mərasimində bir sıra xarici dövlətlərin başçıları, rəsmi şəxslər iştirak edəcəklər.