XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

24 May 2016 - 08:14

Binali Yıldırım bu günhökumətin tərkibini təqdim edəcək

Binali-Yildirim-16-4

Bazar günü Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri seçilən və prezident tərəfindən 65-ci hökumətin qurulması həvalə edilən keçmiş nəqliyyat naziri Binali Yıldırım bu gün nazirlərin siyahısını təqdim edəcək. Türkiyə vaxtı ilə saat 10.00-da B.Yıldırım;n hökumətin yeni üzvlərini prezidentə rəsmən təqdim etməsi gözlənilir.

Prosedurlara uy]un olaraq Prezidentin təqdirindən sonra hökumət üzvlərinin siyahısı parlamentə təqdim olunacaq.  Gözlənilir ki, bir həftə ərzində yeni hökumətin qurulması ilə bağlı Türkiyə Böyük Millət Məclisində səsvermə keçiriləcək.

Böyük ehtimalla B.Yıldırımın quracağı 65-cı hökumətdə daha çox texnokrat məmurlar ın yer  alacağı gözlənilir. B.Yıldırım hökumətinin əsas vəzifələrindən biri  is' ölkə prezidentinin səlahiyyətlərini artırmağa imkan verəcək Konstitusiya dəyişikliklərinə  nail olunmasıdır.  Ekspertlərin fikirincə, ilk mərhələdə elə bir dəyişikliyə gediləcək ki, prezident Ərdoğana de-fato lideri  olduğu partiya, yəni AKP –nin  rəsmi  təmsilçisi olmaq imkanı versin. Yəni “partiya təmsilçisi prezident” modelinə keçid baş tutsun.  Sonrakı mərhələlərdə isə vəziyyətdən asılı olaraq prezidentli respublikaya keçid imkanları nəzərdən keçiriləcək.

Strateq.az