XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 May 2016 - 13:53

“Böyük ölkələr özündən balaca ölkələri qorxutmamalıdır” –Obamadan Çinə mesaj

barak-obama-1

"Cənubi Çin dənizindəki ərazi mübahisələri sülh yolu ilə həll edilməlidir".

Bunu Vyetnama səfəri zamanı ABŞ Prezidenti Barak Obama söyləyib.

Onun sözlərinə görə, böyük ölkələr özündən balaca ölkələri qorxutmamalı, onların ərazi bütövlüyünə hörmət etməlidirlər(Axar.az).

Qeyd edək ki, bir müddət öncə Çinin Cənubi Çin dənizində hərbi mövcudluğunu artırması bir sıra ölkələrin etirazına səbəb olub. Xüsusən Pekinin Spratli adalarını tutması Yaponiya, Malaziya, Filippin və Vyetnamın kəskin etirazına şərait yaradıb.