XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 May 2016 - 14:22

Bərdə ziyalıları bu dəfə Prezidentə üz tutdular:"İcra başçısı və ailəsi niyə rayonda gecələmir?"

Vidadi-İsayev

Bərdə rayon sakinləri (aşağıda imzaları verilib) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə  müraciət ediblər.

Strateq.az-a daxil olan müraciətin surətində çox maraqlı mətləb və faktlara toxunulub.

Müraciəti kiçik ixtisarla təqdim edirik:

"Möhtərəm cənab Prezident!

Sizin 03 mart 2011-ci il tarixli sərəncamınızla Vidadi İsayev Bərdə rayon İcra Hakimiyyətinə başçı təyin edilib.

Həmin tarixdən bu günədək V.İsayev bir gün də olsun Bərdə şəhərində yaşamayıb. O cümlədən də 2016-cı ilin aprel ayının 2-dən indiyədək də bir gündə olsun rayonda gecələməyib. Sutkanın cəmi 8 saatını (iş vaxtını) Bərdədə, qalan 16 saat vaxtını isə rayondan kənarda keçirir.

Çox maraqlıdır ki, cəbhə bölgəsində yerləşən bir rayonun rəhbərinin ailəsinin və özünün rayonda yaşamamasına heç kim reaksiya verməmiş və onun fərqində olmamışdır. Cəbhə bölgəsində yerləşən rayonun İcra Hakimiyyəti başçısının ailəsinin yerli əhali arasında olmaması, onun tərəfindən rayon əhalisinə hansı münasibətin göstərilməsinin bariz nümunəsidir.

Bu azmış kimi, özü ilə kənardan gətirdiyi kadrları da onun üslubunda işləyirlər.

Belə ki, İcra Hakimiyyətində mövcud olan 4 şöbədən 3(üç) əsas şöbənin müdirləri – Vətəndaşların müraciəti və sənədlərlə iş şöbəsinin müdiri İsmayılov İskəndər, Ərazi İdarəetmə orqanları ilə iş şöbəsinin müdiri Bəylərov Zaur və Hüquq şöbəsinin müdiri Bağırov Mürsəldə 8 saatı rayonda, qalan 16 saatı isə Tərtər rayonunda olurlar.

İcra Hakimiyyətində məsləhətçi, Salyan rayon sakini, bacısı oğlu Səfərov Natiq, Mənzil İstismar Kontorunun müdiri Pənahov Rauf, Telekommunukasiya Qovşağının müdiri Şirinov Nazim, Loqistik kübrə bazasının müdiri Rüstəmov Sürəddin və başqaları də Bərdə rayonunda yaşamırlar. 8 saat rayonda, 16 saat isə rayondan kənarda olurlar.

Dəfələrlə yuxarı orqanlar qarşısında V.İsayevin etdiyi qanunsuzluqlar, korrupsiya əməlləri, dövlət büdcəsini talaması barədə etdiyimiz müraciətlər də cavabsız və nəticəsiz qalıbdır.

Hansı ki, etdiyimiz müraciətləri anonim yox, açıq imzamızla etmişik.

Möhtərəm cənab Prezident!

Ümidimiz göydə Allaha, yerdə Sizədir.

Xahiş edirik bizi bu bu məmurların əlindən qurtarın!

İ M Z A L A R:

1. Abbasov Abbas Şəxs.vəs. AZE 03597585

2. Həsənov Rüstəm AZE 04980627

3. Baxşalıyev Şahlar AZE 06886009

4. Əliyev Yusif AZE 04473783

5. Cavanşirov Elşən AZE 14283446

6. Məmişov Fazil AZE 08562283

7. Sadıqov Əli AZE 04848136

Bizim ünvanlarımız:

1. Bərdə rayonu Şorəlli kəndi : tel. 050-407-96-46

2. Bərdə şəhəri Ə.Ədilov küç.7: tel. 050-320-38-03

3. Bərdə rayonu Gərənə kəndi: tel. 050-351-56-76

7. Bərdə şəhəri Z.Tağıyev küç. Tel. 050-562-28-18".

Strateq.az