XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 May 2016 - 08:40

Ayətullah Əhməd Cənnətiİran Üləmalar Məclisinin rəhbəri seçilib

Cenneti

89  yaşlı Ayətullah Əhməd Cənnəti İran Üləmalar Məclisinin yeni rəhbəri seçilib. Səsvermənin nəticələrinə görə, Cənnəti 51 səs alıb.

Qeyd edək ki, İranda Üləmalar Məclisi ölkənin ali dini liderini seçmək hüququna malikdir. Cənnəti  mühafizəkar dairələrin bu il fevral ayında Üləmalar Məclisinə seçilən nüfuzlu nümayəndələrindən sayılır. Qanunverciliyə müvafiq olaraq o iki il müddətinə 88 üzvüdən ibarət Üləmalar Məclisinə rəhbərlik edəcək.

ların fevral ayında Şuraya seçilmiş sərt xətt tərəfdarı olan xadimlərdən biri idi. Ayətullah Cənnətinin Şuraya sədr seçilməsi göstərir ki, sərt xətt tərəfdarları hələ də bu quruma nəzarət etməkdədirlər. İranın 77 yaşlı ali dini rəhbəri Ayətullah Əli Xameneyinin səhhətindəki problemlər Şuranın tərkibi məsələsinin əhəmiyyətini artırır.

İranın Ali dini  rəhbəri ölkənin hakimiyyət piramidasının zirvəsində durur və bütün məsələlərə dair son qərar vermək hüququ məhz ona məxsusdur.

Ayətullah Cənnəti mötədil prezident Həsən Ruhaninin Qərblə dialoqu dərinləşdirmək və İranı daha miqyaslı ticarət və investisiyalar üçün açmaq niyyətinə qarşı açıq olaraq tənqidi mövqedə durub. Sərt xətt tərəfdarı olan bu Cənnəti,  eləcə də İnqilab Keşikçiləri Şurasına rəhbərlik edir.

İran KİV-nin xəbərinə görə, andiçmə mərasimindən sonra Üləmalar Məclisi öz işinə başlayıb. Məclisin iclasları hər zaman qapalı keçirilir və iclasın protokolları yalnız ali dini rəhbər üçün açıqdlr.

Strateq.az