XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 May 2016 - 09:41

Talibanın yeniliderinin adı açqılandı

taliban-16-4

ABŞ-ın hərbi təyinatlı pilotsuz uçan aparatın hücumu nəticəsində Pakistanda öldürülən Taliban lideri Molla Mənsuru Molla Heybətulla Axundzadə əvəzləyib.  

Lider dəyişikliyi barədə məlumat verən Taliban Molla Mənsurun öldürülməsini də ilk dəfə təsdiqləyib.

BBC-nin məlumatına görə, Molla Heybətulla Axundzadə keçən il Taliban lideri seçilən Molla Mənsurun iki köməkçisindən biri olmuşdu. Lider köməkçisi kimi Axundzadənin əsas vəzifəsinin Taliban daxilində silahlı əməliyyatları əlaqələndirmək və fitva vermək olacağı açıqlanmışdı.

Məlumat üçün qeyd edək ki, Molla Mənsurun  içində olduğu avtomobil ötən həftə dörüdüncü gün Pakistanın Əfqanıstan sərhəddinə yaxın rayonlarından birində hərbi təyinatlı pilotsuz uçan aparatla vurulmuşdu.

Molla Mənsur hərakatın qurucusu və uzun illər rəhbəri olmuş Molla Ömərdən sonra, 2005-ci ildən bəri  Talibana rəhbərlik edirdi.

Strateq.az