XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 May 2016 - 10:34

ABŞ-ın Yaxın Şərqdə gizlədilən itkiləri:Muzdlu döyüşçülər

ارتش آمریکا

Prezident Barak Obamanın administrasiyası ilə birlikdə ABŞ indiyə qədər bənzəri görülməmiş miqdarda pullu əsgərdən istifadə etməyə başlayıb.

Strateq.az xəbər verir ki, bu iddianı “Foreign Policy” dərgisi irəli sürür.

İddiaya görə, ABŞ xaricdəki hərbi əməliyyatlar üçün istifadə etdiyi muzdluların sayı 10 minlərlədir. Təkcə Əfqanıstanda 28 min 626 ABŞ muzdlusu savaşır. Bu ölkədə mövcud olan ABŞ əsgərlərinin sayı isə sadəcə 9 min 800 nəfərdir.

İraqda da muzdlu-əsgər sayındakı nisbət də 2 qata yaxındır-4 min əsgərinə qarşılıq, 7 min 773 muzdlu.

“Foreign Policy” onu da qeyd edir ki, bu göstəricilər MKİ və ya digər kəşfiyyat orqanları tərəfindən dəstəklənən təşkilatları əhatə etmir.

Dərgiyə görə, Obama hakimiyyəti dövründə İraq və Əfqanıstanda öldürülən muzdluların sayı 1540 nəfər olub. Bunlardan 176-sı İraqda, 1364-ü isə Əfqanıstanda oldürülüb. Eyni müddət ərzində öldürülən ABŞ hərbisi isə 1301 nəfər olub.

Bununla belə, öldürülən muzdluların sayının daha çox olma ehtimalı da var. Nədən ki, rəsmi əsgər ölümlərindən fərqli olaraq, muzdluların itkisini gizlətmək daha asandır və ABŞ da bu imkandan yetərincə yararlanmağa çalışır. Dərginin fikrincə, ABŞ-ın muzdlu döyüşçülərə daha çox əhəmiyyət verməsinin başlıca səbəbi də bununla bağlıdır.