XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 May 2016 - 11:12

Talibanın yeni lideri bəlli oldu-Həbətullah Axunzadə

Taliban'ın yeni lideri Hebetullah Ahunzada

 

Əfqanıstan Talibanı liderləri Molla Mənsurun öldüyünü təsdiqləyərək, onun yerinə yeni rəhbər seçdiklərini açıqlayıb.

Strateq.az-ın bildirdiyinə görə, Taliban sözçülərindən Zabiullah Mücahid yazılı açıqlama yayaraq, Molla Ahtar Məhəmməd Mənsurun Əfqanıstan ilə Pakistan arasındakı sərhəd bölgəsində ABŞ-ın pilotsuz təyyarəsi tərəfindən öldürüldüyünü təsdiqləyib.

Açıqlamada həmçinin təşkilatın üst səviyyəli konfransında Həbətullah Axunzadənin yeni lider seçildiyini və Səracəddin Həqqani ilə təşkilatın qurucusu Molla Ömərin oğlu Mevləvi Məhəmməd Yaqubun onun köməkçiləri olduğunu bildirilir.

Qeyd edək ki, Molla Mənsur mayın 21-də Pakistanın Baluçistan əyalətində  bir yoldaşıyla bərabər öldürülmüşdü. Onun öldürülməsi Rusiya rəsmiləri tərəfindən narahatlıqla qarşılanmış, yeni liderin Səracəddin Həqqani olacağı təqdirdə, Əfqanıstanda qanlı hadisələrin artacağından əndişə edilmişdi.

Zira Həqqaninin namizədlər içərisində ən radikal lider kimi tanınır.

İddiaçılar arasında Həqqani ilə birlikdə təşkilatın qurucusu və ilk lideri Molla Ömərin oğlu Məhəmməd Yaqubun da adı çəkilirdi. Həbətullah Axunzadə barədə isə heç bir məlumat verilmirdi. Görünür, təşkilat daha kəskin xarici basqılara yol açmamaq və yeni liderin təhlükəsizliyini qorumaq üçün çox tanınmayan sürpriz bir adın üzərində dayanmağa üstünlük verib.