XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 May 2016 - 11:47

Kerridən Qarabağ və enerji açıqlaması:"Yardım etməkdə sadiqik"

kerri-con-1

ABŞ-ın dövlət katibi Con Kerri Azərbaycan xalqını 28 May Respublika günü münasibəti ilə təbrik edib. 

Bu barədə ABŞ Dövlət Departamenti xəbər verib. 

Onun sözlərinə görə, ABŞ ekstremizmə qarşı mübarizədə və transmilli məsələlərdə Azərbaycanla sıx əməkdaşlığı yüksək qiymətləndirir. "Azərbaycan Avropa bazarına enerji resurslarının tədarükçüsü kimi mühüm rol oynayır"

"ABŞ əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməkdə sadiqdir. ABŞ və Azərbaycan həm Avropa daxilində həm də Avropa hüdudlarından kənarda təhlükəsizlik və tərəqqi naminə birgə çalışıblar. Azərbaycan Avropa bazarına enerji resurslarının tədarükçüsü kimi mühüm rol oynayır və ABŞ Azərbaycanın regionda enerji diversifikasiyasının genişləndirilməsi istiqamətində səylərini tam dəstəkləyir", – deyə Con Kerrinin təbrikində bildirilir.

ANS