XƏBƏR LENTİ

09 Mart 2021
08 Mart 2021

Digər Xəbərlər

25 May 2016 - 14:08

Taliban liderinin başına 800 milyon dollar qoyulmuşdu?-ABŞ-dan Pakistana hərbi yardım

Taliban lideri öldürüldü, Pakistan'a yardım gitti!

Qarabağda 4 günlük müharibə zamanı Azərbaycana ən yüksək səviyyədə dəstəkləyən Pakistan ABŞ-dan 800 milyon dollarlıq hərbi yardım alacaq.

Strateq.az xəbər verir ki, ABŞ Senatı terrorla mübarizə üçün nəzərdə tutulan bu yardım qərarını təsdiqləyib.

Kifayət qədər ciddi məbləq ehtiva edən yardım qərarı Pakistan və Əfqanıstanda birmənalı qarşılanmayıb. Qərarın ötən həftə sonu Taliban lideri Mənsurun ABŞ pilotsuz təyarələri tərəfindən öldürülməsindən dərhal sonra verilməsi beyinlərdə müxtəlif suallar meydana gətirir.

Regionun bəzi ekspertləri və siyasiləri ABŞ-ın bu “lütfkarlığı”nı Pakistanın öz sərhədlərində Taliban liderinin öldürülməsi əməliyyatına göz yumması müqabildə aldığı mükafat kimi qəbul edir və İslamabadı qınayırlar. İddialar istər-istəməz bu suala yol açır: Əcəba, Taliban liderinin başına 800 milyon dollar qoyulmuşdu?

ABŞ-ın hərbi yardımın motivi barədə açıqlaması da, prinsip etibarilə, bu şübhələri qüvvətləndirir. Xatırladaq ki, Senat yardımın terrorla mübarizə çərçivəsində verdiyini açıqlayıb.

Baxmayaraq ki, Taliban liderinin öldürülməsinə Pakistan sərt təpki göstərmişdi, analitiklər bu reaksiyaların saxta olduğuna və hərbi yardımın sadəcə yaranan narazılığı sakitləşdirmək üçün verildiyinə inanırlar.

ABŞ Senatı isə yardımın öz milli təhlükəsizlik maraqları baxımından əhəmiyyətli gördükləri Pakistanda sabitliyin qorunması üçün verildiyini önə sürür. Komitənin rəsmi açıqlamasında "Pakistanla ABŞ-ın uzun zamandan bəri strateji ortaqlığı, iki ölkə arasında "güclü və qalıcı" əlaqələrin davam etdirmək arzusu dilə gətirilir.