XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 May 2016 - 16:05

Akademik Ramiz Mehdiyevlə çeçen lideri nələrdən danışıblar? –Kadırovdan açıqlama (VİDEO)

ramiz-mehdiyev-ramzan

Çeçenistan Prezidenti Ramzan Kadırov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Çeçenistan səfəri ilə bağlı video paylaşıb.

Strateq.az Axar.az-a istinadən xəbər verir ki, Kadırov görüşün təfərrüatları haqda rəsmi İnstaqram səhifəsində yazıb:

“Əziz dostlar! Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşdüm. O, mənə Prezident İlham Əliyevin yolladığı “Zəfər” silahını çatdırdı.

Mən bu hədiyyəni Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərimə görə aldım. Ramiz Ənvər oğlu Azərbaycan xalqının Çeçenistana xüsusi sevgi və hörmətlə yanaşdığını bildirdi. Mən Ramiz Mehdiyevin simasında Azərbaycan dövlətinə Çeçenistana göstərdiyi humanitar yardıma görə minnətdarlığımı bildirdim. Biz həmçinin Çeçenistanın ilk prezidenti Əhməd Kadırovla Azərbaycan Prezidenti Heydər Əliyevin görüşünü, mənim Azərbaycana səfərimi xatırladıq. Biz Çeçenistan Respublikası ilə Azərbaycan arasında mövcud olan əlaqələri inkişaf etdirmək, terrorizm və ekstremizmlə mübarizədə güclərimizi birləşdirmək qərarına gəldik. Daha çox iqtisadi münasibətləri müzakirə etdik. Mehdiyev Prezident İlham Əliyevin məni Azərbaycana səfərə dəvət etdiyini çatdırdı”.