XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

25 May 2016 - 19:27

Jirinovskidən Savçenkonun azad edilməsinə reaksiya:"Torpağımızda daha az üfunət olar»

Jirinovski

«Əgər bunun müqabilində bizimkilər azad olunacaqlarsa, Savçenko kimilərdən elə qurtulmaq yaxşıdır. Torpağımızda daha az üfunət olar».

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiyanın qalmaqallı siyasətçisi Vladimir Jirinovski Ukraynalı pilot Nadejda Savçenkonun azad edilməsinə münasibət bildirərkən deyib.

O, Savçenkonun psixi problemlərinin olduğunu da bildirib: «O, psixi cəhətdən tam sağlam deyil. Bunu onun üzündən də görmək olar».

Rusiya Dumasının spikeri Valentina Matvienko isə Savçenkodan qəhrəman düzəltməyin yersiz olduğunu deyib: «Buna heç bir əsas yoxdur. Məhkəmə tərəfindən təsdiqlənib ki, rusiyalı jurnalistlərin qətlində məhz o təqsirkardır»

Xatırladaq ki, Savçenko Poroşenko tərəfindən bu gün əfv edilən Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin (QRU) zabitləri Yevgeni Yerofeyev və Aleksandr Aleksandrovla dəyişdirilib. 

Bu gün Ukrayna prezidenti Pyotr Poroşenko Savçenkonu «Ukrayna qəhrəmanının qızıl ulduzu» ordeni ilə təltif edib.