XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 May 2016 - 19:54

Rusiyaya qarşı sanksiyalara “hə” və “yox” deyənlər:AB ölkələri iki cəbhəyə ayrıldı

Avropa Birliyi (AB) ölkələri Rusiyaya görə iki cəbhəyə ayrılıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu ölkələrin bir qismi (Britaniya, İsveç, Polşa, Baltikyanı ölkələr) Rusiyaya qarşı sanksiyaların uzadılmasını dəstəkləyir, bir qismi isə (Macarıstan, Yunanıstan, Kipr, Slovakiya, İtaliya) buna qarşı çıxır.

Eyni zamanda Avstriya da Rusiya ilə münasibətləri normallaşdırmağın tərəfdarıdır. Bir neçə gün əvvəl Almaniya hökuməti bəyan etmişdi ki, Avropa Birliyində Rusiyaya qarşı sanksiyaların uzadılmasına qarşı çıxanların sayı getdikcə artır. 

Brüsseldəki diplomatik mənbələrdən bildiriblər ki, ilin sonuna qədər Rusiyaya qarşı sanksiyalar tədricən götürülə bilər.

Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putin ukraynalı pilot Nadejda Savçenkonu əfv edib. Avropa Birliyinin bəzi liderləri hesab edir ki, bu, Minsk sazişinin icrası və sanksiyaların götürülməsi istiqamətində atılmış addımdır.