XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 May 2016 - 01:31

Qırğızıstanla Qazaxıstanın “tualet” davası:Bişkek Astanaya nota göndərdi

Kırgızistan'la Kazakistan arasında 'tuvalet' krizi

Qırğızıstan Xarici İşlər Nazirliyi Qazaxıstanın Bişkek səfiri Erbol Əhmədovu dünən nazirliyə çağırıb.

Strateq.az-ın bildirdiyinə görə, Qırğızıstanın bu addımına səbəb Qazaxıstan mədəniyyət nazirinin "mədəniyyətdən uzaq davranışı" olub.  

Bildirilir ki, qazax nazir Arystanbekov Muhamediulu Moskva tualetlərində qırğızların təmizlik işləriylə məşğul olduğunu görərkən, onlara acıdığını deyib. Mədəniyyət nazirinin bu söhbəti isə qırğızları lap hövsələdən çıxarıb.

Qırğızıstan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin yaydığı açıqlamaya görə, Qazaxıstan mədəniyyət nazirinin bu məsuliyyətsiz sözündən ötrü rəsmi Astanaya etiraz notası göndərilib. Çünki "qırğız cəmiyyətində kəskin reaksiyalara səbəb olan bu ifadələr iki qardaş xalqın əlaqələrinin ruhuna uyğun gəlmir".

Qeyd edək ki, təbii sərvətləri bol olan Qazaxıstandan fərqli olaraq, Qırğızıstan iqtisadiyyatında bu ölkədən Rusiyaya gedən əmək miqrantlarının önəmli payı var. Dünya Bankının 2013-cü il hesabatına görə, ölkənin Ümumdaxili Məhsulunun 31%-ni Rusiyadakı miqrantların göndərdiyi pullar təşkil edir. Orta Asiyanın iki kasıb ölkəsindən biri olan Qırğızıstandan gedən çoxsaylı miqrantın Rusiyada böyük ticarətlərə girmək şansı olmadığından, məcburən aşağı statuslu işlərdə işləyirlər. Təbii sərvətlərinin gətirdiyi imkanlar sayəsində daha lüks həyat yaşayan Qazaxıstanın mədəniyyət nazirinin bu durumu qabartması isə, həqiqətən, xoş təsir bağışlamır.

Amma o gerçəklik də mütləq dilə gətirilməlidir ki, müstəqillik qazanandan bəri eyni adamı 95-99% səslə “seçən” Qazaxıstandan fərqli olaraq, Qırğızıstan demokratik dövlətçilik istiqamətində xeyli addımlar atıb. Yəqin ki, bu məziyyətləri onlara öz iqtisadiyyatlarını qurmaq imkanı verəcək və bəlkə də bir müddətdən sonra Bişkek Orta Asiyanın demokratiya ixrac edən mərkəzinə çevriləcək. Tükənən sərvətə arxayın olan Qazaxıstan da, yəqin, öz qardaşlarından çox şeylər öyrənəcək.

Atalar demişkən, kimin əvvəli, kimin axırı. Tələsməyək…

Heydər Oğuz

Strateq.az