XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 May 2016 - 12:51

Yeni kredit şərtləri əhaliyə nə vəd edir? –Ekspert açıqladı

rovsen-agayev

Bəzi bankların istehlak kreditlərini bərpa etməsi, ancaq krediti yalnız aylıq əmək haqqısı 410 manatdan yuxarı olan şəxslərin ala biləcəyini ekspertlər birmənalı qarşılamırllar.

Strateq.az xəbər verir ki, bununla bağlı fikirini bölüşən tanınmış iqtisadçı Rövşən Əliyevin sözlərinə görə, qərardan belə anlaşılır ki, banklar krediti qeyri-leqal əmək haqqı əsasında deyil, rəsmi maaşlara görə verəcək:

"Dövlət statistikasında olan ən son məlumata görə isə, maaş cədvəlinə qol çəkənlərin 77%-nin əmək haqqı 400 manatdan aşağı olub. Deməli, maaşla işləyən insanların ən yaxşı halda 23%-i kreditə iddia edə biləcəklər.

Onların da bir hissəsinin – yüksək maaş və maaşdan əlavə nəhəng qeyri-maaş gəlirlərinə malik məmurların (həmçinin dövlət şirkətlərinin çalışanların) istehlak kreditinə ehtiyac olmadığını da nəzərə alanda, bankların istehlak kreditləri üçün müştərilər ən yaxşı halda muzdla işləyənlərin 15-20%-i qədər insan olacaq".

Ekspert bildirir ki, Azərbaycanda 4.9 milyon nəfər əmək qabiliyyətli yaşında olan iqtisadi fəal əhalinin (işləmək imkanı olan) cəmi 1.5 milyon nəfəri rəsmi çalışır. Yəni leqal işçi qüvvəsidir:

"Bu isə o deməkdir ki, hazırda təklif edilən şərtlərlə Azərbaycanda hökumətin məşğul hesab etdiyi insanların 30%-i bank kreditlərinə iddia edə biləcək".