XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

15 İyun 2015 - 05:17

Baxçalı Ərdoğanla görüşə “yox” dedi

Baxçalı Ərdoğana yox dedi

Türkiyədə Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı seçki sonrası koalisiya müzakirələrini alovlandıracaq bəyanat verib. ANS PRESS-in məlumatına görə, Bozqurdların lideri ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın, “bütün liderlərlə görüşəcəyəm” sözünə cavab verib. “CNN Türk”ə açıqlama verən Baxçalı ölkə başçısından gələcək dəvəti üstüörtülü rəd edib:

“Hər hansı bir millət vəkilinə (hökuməti qurmaq) vəzifəsi vermək səlahiyyəti əlbəttə prezidentdədir. Amma növbəti mərhələ vəzifələndirilən şəxsə aiddir. Liderlərlə tək-tək görüşmək prezidentin işi deyildir. Biz belə bir dəvəti uyğun görmürük. Sadəcə prezidentin vəzifələndirəcəyi şəxslə görüşəcəyəm”.