XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 May 2016 - 15:27

Putin baş cangüdəninə vəzifə verdi:Federal Mühafizə Xidmətinin rəisini işdən azad etdi

Rusiya prezidenti Vladimir Putin Federal Mühafizə Xidmətinin rəisi Yevgeni Murovu işdən azad edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, prezidentin imzaladığı sərəncamla Murovun yerinə Dmitriy Koçnev təyin edilib.

Rusiya prezidentinin saytında yayılan məlumata görə, Murov işdən öz istəyi ilə uzaqlaşıb.

Rusiya Federal Mühafizə Xidmətinin yeni rəhbəri Koçnev bu vəzifəyə qədər Putinin baş cangüdəni olub. O, Prezidentin təhlükəsizlik xidmətinə rəhbərlik edib. Bu vəzifəyə isə 2015-ci ilin dekabrında təyin edilib.

Prezidentin təhlükəsizlik xidməti 2000-ci ildən Federal Mühafizə Xidmətinin tərkib hissəsidir. Bu quruma isə son 16 il ərzində bu gün istefaya göndərilmiş Yevgeni Murov rəhbərlik edib. Murov Putinlə 1990-cı illərdən tanışdır. Onlar bir yerdə Sankt–Peterburda, DTK-da xidmət ediblər.

Peşəkar DTK zabiti olan Murovun bioqrafiyası haqqında praktik olaraq heç nə məlum deyil. O, Leninqrad kağız-sellyuoz sənayesi institunu, daha sonra SSRİ DTK-nın ali məktəbini bitirib. 1974-cü ldən DTK-nın Birinci baş idarəsinə (xarici kəşfiyyat) göndərilib. Yalnız o məlumdur ki, Murov 3 ildən çox hanısasa Çənub-Şərqi Asiya ölkələrinin birində xidməti ezamiyyətdə olub.

70 yaşlı ordu generalı olan Murov hələ keçən il işdən getmək istədiyi barədə Putinə müraciət edib. Səbəb kimi ailəsi ilə birgə olmaq istədiyini göstərib.

Yeni rəhbər Koçnev haqqında da heç bir rəsmi məlumat yoxdur.

Federal Mühafizə Xidməti SSRİ DTK-nın Doqquzuncu idarəsinin varisidir. Bu idarə dövlətin ali şəxslərini mühafizə edir.