XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 May 2016 - 17:00

Avropanın 20 ölkəsinin səfirləri Cəmil Həsənli və Əli Kərimli ilə görüşdü –Açıqlama

karimli-hasanli

Milli Şuranın sədri Cəmil Həsənli və Şuranın Koordinasiya Mərkəzinun üzvü, AXCP lideri Əli Kərimli mayın 26-da Avropa Birliyi ölkələrinin səfirləri ilə görüşüb.

Görüş AB-nin Bakıdakı nümayəndəliyində keçirilib.

Bu barədə AXCP sədri özünün "Feysbuk" səhifəsində məlumat yayıb.

Bu gün Milli Şuranın sədri professor Cəmil Həsənli ilə birlikdə, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyində, nümayəndəliyin başçısı xanım Malena Mardın təşkilatçılığı ilə Avropa Birliyinə üzv olan 20 dövlətin səfir və diplomatları ilə görüşümüz keçirildi.

Görüşdə Azərbaycan-AB əlaqələri, ölkəmizdə ictimai-siyasi vəziyyət, siyasi məhbusların taleyi, iqtisadi və siyasi islahatların perspektivləri və digər aktual məsələlər müzakirə edildi. Olduqca maraqlı və səmərəli görüş oldu”.