XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

26 May 2016 - 20:09

“Biz bu yay birgə təlimlər keçirməyi planlaşdırırıq” –ABŞ generalı Azərbaycanda anons verdi

ben-abs-generali

"Azərbaycan və ABŞ-ın əməkdaşlıq etməsi üçün bir çox sahələr var".

Bunu jurnalistlərə Azərbaycanda səfərdə olan ABŞ-ın Avropa Komandanlığının rəhbəri, general Ben Hoces deyib: "Bu mənim Azərbaycana ilk səfərimdir. Əməkdaşlığımızı möhkəmləndirmək və davam etdirmək üçün bir çox sahələr var".

General vurğulayıb ki, Azərbaycan hərbçiləri ABŞ əsgərləri ilə birgə Əfqanıstandadırlar: "Biz bu yay Rumıniyada birgə təlimlər keçirməyi planlaşdırırıq. Azərbaycanın Əfqanıstandakı əməliyyatları dəstəkləməkdə davam etməsi ölkənizin təhlükəsizlikdə və sabitlikdə maraqlı olduğunu göstərir".

Trend