XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 May 2016 - 21:13

Merkeldən Putini məyus edəcək açıqlama:«Hələ tezdir!"

«Böyük yeddiliyin» Yaponiyada keçirilən görüşündə Rusiya da müzakirə mövzusu olub.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Qərb dövlətləri Rusiya ilə bağlı sanksiyaları uzadacaqlarını bildiriblər. 

Almaniya kansleri Angela Merkel bildirib ki, sanksiyaları ləğv etmək hələ tezdir: «Hesab edirəm ki, «otboy» komandası vermək üçün hələ tezdir. Son aylar müşahidə etdiyimiz mövqeyin dəyişəcəyini də hələ ki gözləməyə dəyməz».

Merkel əlavə edib ki, sanksiyaların ləğvi Ukraynanın şərqindəki münaqişənin tənzimlənməsindən asılıdır.