XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 May 2016 - 13:52

Barak Obamanın Xirosimaya tarixisəfəri başladı

obama-sefer-2

ABŞ prezidenti Barak Obama Yaponiyanın Xirosima şəhərinə səfərini Amerikanın buradakı İvakuni aviabazasını ziyarət etməklə başlayıb.

Virtualaz.org "RİA Novosti”yə istinadən xəbər verir ki, Obama 1945-ci ildə ABŞ Hərbi-Hava Qüvvələrinin Xirosimanı atom bombası ataraq darmadağın etməsindən sonra bu yapon şəhərinə gələn ilk Amerika prezidentidir.

Bazadakı hərbçilərin qarşısında çıxış etdikdən sonra Obama Xirosima memorial kompleksinə gedəcək və abidəyə çələng qoyacaq.

Gözlənildiyinə görə, Obama ilə birlikdə mərasimdə Xirosimanın bombalanmasından sonra şəhərin indiyə kimi sağ qalmış üç sakini də iştirak edəcək.