XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

15 İyun 2015 - 12:20

Gürcü baş nazir Bakıda Putini niyə saymadı? – Maraqlı şərh
Gürcüstanın baş naziri İrakli Qaribaşvili Bakıda Avropa Oyunlarının açılış mərasimində iştirak edən xarici ölkə başçılarının şərəfinə prezident İlham Əliyev tərəfindən verilən rəsmi ziyafət zamanı Rusiya prezidenti Vladimir Putinin yanında dayanıb, ancaq ona məhəl qoymayıb.
Bu barədə gürcü KİV-ləri xəbər verib.
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Mamuka Areşidze yerli “Kviris palitra” qəzetinə müsahibəsində bu məqamı şərh edərək deyib ki, rəsmi qəbuldan yayılan videokadrlara əsasən, Qaribaşvili masada Putinlə az qala yanaşı oturub, ancaq aydındır ki, o, Rusiya prezidentinə məhəl qoymur. Hətta ona tərəf də baxmır.
“Mənim üçün bu faktı şərh etmək çətindir. çünki qısa videoyazıya əsasən hökm vermək çətindir. Biz administrasiyanın Qaribaşvili ilə Putin arasında heç bir təmas olmadığı haqda bəyanatıyla tanışıq. Görüş əvvəlcədən planlaşdırılmayıb. Ola bilsin, kimsə bu mərasimdən istifadə edib Putinlə Qaribaşvilinin arasında kiçik kommunikasiya yaratmaq istəyib. Ancaq görünür ki, Qaribaşvili bunu lazımsız hesab edib. ümumiyyətlə, Putin ona məhəl qoyulmayanda bundan xoşlanmır. Təxmin etmək olar ki, o, Qaribaşvilinin bu jestini unutmayacaq”– ekspert bildirib(Virtualaz.org).