Prezident İlham Əliyev 2016-cı il üçün Azərbaycan Respublikasının elm və ədəbiyyat sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.
Strateq.az AzərTAc-a istinadən xəbər verir ki, sərəncamla 2016-cı il üçün elm və ədəbiyyat sahələrində Azərbaycan Respublikasının Dövlət Mükafatları aşağıdakı şəxslərə verilib:
Elm sahəsi üzrə
Ramiz Mahmud oğlu Məmmədov – "Azərbaycan Respublikasının coğrafiyası"
Üçcildlik monoqrafiyaya görə
Elbrus Kərim oğlu Əlizadə
Məhərrəm Səməd oğlu Həsənov
Zakir Namin oğlu Eminov
Ədəbiyyat sahəsi üzrə
Fikrət Qoca (Fikrət Göyüş oğlu Qocayev) – "Seçilmiş əsərləri" oncildlik kitabına görə.