XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 May 2016 - 21:02

NATO-dan qəzəbli xəbərdarlıq:"Rusiyaya kömək etməklə bizə xəyanət etmiş olursuz!"

NATO İspaniyanı alyansın maraqlarına zidd addımlar atmaqda ittiham edib. Və bildirib ki, rəsmi Madrid Rusiyaya kömək etməklə NATO-ya xəyanət etmiş olur.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, söhbət, İspaniyanın Rusiya hərbi gəmilərinə Cəbəllütariq yaxınlığındakı hərbi bazaya giriş icazəsi verməsindən gedir.  

«Times» qəzetinin yazdığına görə, Rusiyaya məxsus 57 gəmi və sualtı qayıq Cəbəllütariqin 30 kilometrliyində yerləşən Seutdakı hərbi bazaya daxil olub: «ABŞ Konqresinin üzvü Coo Pist bildirir ki, İspaniyanın Rusiyanın hərbi gəmilərinə Seutdakı limandan istifadə üçün şərait yaratması NATO daxilində həmrəyliyi parçalayır. NATO hərbi analitikləri də hesab edirlər ki, Madridin hərəkətləri Moskvaya hərbi təsirini genişləndirməyə və cənubdakı limanlara çıxmağa imkan yaradır. NATO-dan bildirirlər ki, rus gəmiləri ispan limanına elə intensiv daxil olur ki, az qala, Cəbəllütariqi Rusiyanın Aralıq dənizindəki əsas hərbi bazası adlandırmalı olursan". 

Xatırladaq ki, bu ilin aprelində İspaniyanın mühafizə gəmisi ABŞ-ın sualtı qayığının Cəbəllütariqə yaxınlaşmasına mane olmağa çalışmış, nəticədə Britantiyanın nəzarət kateri ispan tərəfinə xəbərdarlıq atəşi açmalı olmuşdu.

Ötən ilin sonlarında isə İspaniya Rusiya sualtı qayığını Cəbəllütariq  yaxınlığındakı limana buraxmışdı. Madridin bu addımı Britaniyada sərt tənqid olunmuş və anklav əhalisini qorxutmaq cəhdi kimi qiymətləndirilmişdi. 

Cəbəllütariq – Britaniya ilə İspaniya arasında mübahisəli zonadır. 1714-cü il Utrext sülh müqaviləsinin nəticələrinə əsasən Cəbəllütariq Britaniya torpaqlarına daxil edilib. Ərazisinin itirilməsilə barışmayan İspaniya məsələni müxtəlif səviyyələrdə həll etməyə çalışsa da, Cəbəllütariq hələ də Britaniya anklavı olaraq qalır. 1968 və 2002-ci illərdə Cəbəllütariqdə keçirilən referundumlarda əhalinin demək olar ki, hamısı Britaniya pasportunu daşımağa razı olduğunu bildirmişdi. 

Aralıq dənizi ilə Atlantik okeanı birləşdirən və starateji əhəmiyyətə malik bu anklavda NATO-nun hərbi dəniz bazası yerləşir.