XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

27 May 2016 - 22:10

Kim Çen rejimi pul oğurluğunda ittiham olunur- «New York Times» 80 milyonluq bank qarətindən yazdı

Şimali Koreya ilk dəfə olaraq xarici banklarını hesablarına hücum etməkdə və pul oğurluğunda ittiham olunur.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə «New York Times» qəzeti yazıb.

Qəzet «Symantec» şirkətinə istinadən bildirir ki, söhbət, ötən ilin sonlarında Banqladeş Mərkəzi Bankına edilən hücumdan gedir. Həmin vaxt Vyetnamın «Tien Phong» bankından 81 milyon dollar, Filippinlərə məxsus bir bankdan isə açıqlanmayan məbləğdə pul oğurlanmışdı. 

«Symantec» şirkətinin mütəxəssisləri onu da müəyyən ediblər ki, 2014-cü ildə «Sony Pictures»ə, 2013-cü ildə isə Cənubi Koreya bankları və KİV-lərinə kiberhücum zamanı da hakerlər eyni proqram kodundan istifadə ediblər. Həmin vaxt Cənubi Koreya bu hücumlara görə Pxenyandan şübhələndiyini bildirmişdi.

«New York Times» yazır ki, Şimali Koreya bundan əvvəl də haker hücumlarından istifadə edib. Lakin bu hücumlar gizli məlumatları əldə etmək üçün olub. Pul oğurluğu ilə bağlı fakt isə ilk dəfədir qeydə alınır.

Məlumata görə, Banqladeş bankına hücum zamanı hakerlər 30 milyard dollara yaxın pul oğurlmaq istəyiblər.  

Xatırladaq ki, apreldə amerikalı general Vinsent Bruks Şimali Koreya hakerlərinin dünyanın ən güclü hakerlərindən olduğunu bildirmişdi.