XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

28 May 2016 - 08:56

Putin təhdid etdi:“Rumıniya və Polşa silah lüləsi altında yaşamağa məhkumdur”

Putin Türkiye'den özür bekliyor

 

"Rumıniya xalqı özünə qarşı yönələn silah lülələri altında yaşamağın nə demək olduğunu anlayacaq. Eyni sözləri Polşa üçün də demək olar”.

Strateq.az xəbər verir verir ki, bu təhdid dolu fikirləri Rusiya prezidenti Vladimir Putin Afinada Yunanıstan baş naziri  Aleksis Çiprasla görüşdən sonra keçirdikləri birgə mətbuat konfransında səsləndirib.

Putin Rumıniya və Polşada ABŞ-ın raketdən müdafiə sistemləri qurmasına münasibət bildirərkən, onu da qeyd edib ki, bu, Rusiyanın təhlükəsizliyinə qarşı açıq təhdiddir və ilk addımı Moskva atmayıb: “Biz yalnız ABŞ-ın hərəkətinə cavab veririk.

Qeyd edək ki, bu ayın 12-də Rumıniyanın Deveselu qəsəbəsində yerləşən Aegis hərbi bazasında SM-2 raketdənmüdafiə batareyası aktiv hala gətirilmişdi. ABŞ-ın 2013-cü ildən bəri qurulmasına 800 milyon dollar xərclədiyi bu sistem Vaşinqtonla Moskva arasında ciddi polemikalara yol açmış və açmaqdadır. Vaşinqton bu qurğuların İrandan və Şimali Koreyadan Avropaya atıla biləcək raketlərə qarşı qurulduğunu iddia etsə də, Moskva buna inanmır.  Şimali Koreyanın xeyli uzaqda yerləşdiyini, İrandan gələn raket zərbələrini zərərsizləşdirmək üçün isə bu sistemlərin Rumıniyada deyil, Türkiyədə qurula biləcəyini  düşünən Moskva özünün əsl hədəf olduğunu fikirləşir və Rusiyaya yönələn raket başlıqlarının iki dövlət arasında 1987-ci ildə bağlanan Ortamənzilli Nüvə Müqaviləsini pozduğunu bildirir.  ABŞ-ın 2018-ci ildə eyni tipli raket qurğularını Polşada qurmağı planlaşdırması Moskvanın əndişəsində haqsız olmadığını göstərir.

Putinin bu təhdid dolu mesajını Yunanıstan səfəri zamanı dilə gətirməsi də səbəbsiz deyil. Məlum olduğu kimi, Rusiya lideri bu ölkəyə G-7-lərin son Yaponiya sammiti ərəfəsində səfər edib. Yaponiya sammitində dünyanın 7 ən böyük iqtisadi gücünün müzakirə etdiyi məsələlərdən biri Rusiyanın Ukrayna təcavüzü idi və bu, öncədən də bilinirdi. Sammit iştirakçıları Ukrayna təcavüzünü qınamış, Moskvanı bu ölkənin suverenliyinə, torpaq bütünlüyünə, beynəlxalq qurumlarda istədiyi kimi təmsilçilik haqqına sayqı göstərməyə çağırmış və Ukraynaya hər cür dəstək verəcəklərini açıqlamışdılar.

Görünür, Putin də “sizin əlinizdə mənim küsəyən övladım olduğu kimi, mənim də əlimdə sizin dəcəliniz var, gəlin, dəcəllərdən bir-birimizə qarşı istifadə etməyək” mesajını vermək üçün Yunanıstana yollanmışdı. Nədən ki, beynəlxalq bankların ayırdığı kreditləri ölkənin iqtisadiyyatını dirçəltməyə yönəltmək yerinə, yeyib qarnını doyuran Yunanıstan AB-liyindən üz döndərib Rusiyaya sığınmışdı.

Putinin bu “müftəxor” Avropa ölkəsinə səfəri çərçivəsində Rumıniya və Polşada qurulan və qurulması nəzərdə tutulan raket qurğuları məsələsini gündəmə gətirməsi təsadüfi deyil. Nədən ki, Polşa və Rumıniya bir zamanlar Rusiyanın “müftəxor” dəcəlləri idilər və öz evlərindən küsüb qonşu qapısına pənah aparmışdılar. Hər halda Moskvanın nəzərincə, belədir.

Heydər Oğuz

Strateq.az