XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

28 May 2016 - 17:32

Rasmussenin Poroşenkoya müşavir təyin ediməsi Kremliməyus edib: "Şoudur!"

NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin Ukrayna prezidenti Pyotr Poroşenkonun ştatdankənar müşaviri təyin edilməsi Rusiyanı məyus edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Federasiya Şurasının rəhbəri Konstantin Kosaçev bunu şou adlandırıb: «Mən bu məsələyə nə hərbi, nə də başqa aspektdən baxıram. Ukrayna daxildə maliyyə qədər, diqqətə də ciddi ehtiyac duyur. Ona görə də əksər hərəkətləri nümayiş və şou xarakterli olur". 

O qeyd edib ki, qonşu ölkəyə anti-Rusiya mövqeyi ilə tanınan birinin müşavir təyin edilməsi Kremlin xoşuna gəlmir: "Əslində bu, Ukraynanın hazırkı idarəetmə üsuluna uyğun davranışdır». 

Kosaçevin fikrincə, Ukraynanın tanınmış əcnəbiləri dövlət idaretməsinə cəlb etməsi daxili auditoriyaya hesablanıb: «Rasmussenin təyinatının Rusiya-Ukrayna münasibətlərinə, Donbasdakı situasiyaya hər hansı təsir göstərəcəyini gözləməyə dəyməz. Rasmussen hərbi yox, siyasi fiqurdur. O, Poroşenkonun şəxsi «piarı» üçün çalışacaq. Bu isə Qərbi tamamən qane edir».