XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

28 May 2016 - 19:19

Milyonların izləyəcəyi “Avro-2016” ilə bağlı terror təşvişi:Alman xəfiyyəsinin "şefi" xəbərdarlıq etdi

«Futbol üzrə Avropa çempionatı terrorçuların diqqətini gündən-günə daha çox cəlb etməyə başlayıb».

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Almaniya xüsusi xidmət orqanlarının "şefi" Hans-Georq Masen «Rheinische Post» qəzetinə bildirib.

Onun sözlərinə görə, terrorçular «Avro-2016»nı hədəfə götürüblər. Terrorçuların planları haqda konkret bilgilərə sahib olmadığını deyən Masen əsas təhlükənin İŞİD, «Əl-Qaidə» və «Ən-Nüsra Cəbhəsi»ndən gələ biləcəyini  deyib.

Masen xatırladıb ki, İŞİD cihadçıları Avropada teraktlar törətməyə çağırıb: "Sosial şəbəkələrdə və messencerlərdə ünsiyyət quran terrorçuların planları haqda məlumat öyrənmək o qədər də asan deyil. Bunun üçün ABŞ xüsusi xidmət orqanları, həmçinin Milli Təhlükəsizlik Agentliyi ilə əməkdaşlıq etmək lazımdır».

Fransa xüsusi xidmət orqanları da hesab edir ki, İŞİD məlum çempionat zamanı terror aktları həyata keçirə bilər.

«Twitter»də İŞİD-çilər tərəfindən yayılan müraciətdə isə qruplaşma öz tərəfdarlarını Ramazan ayı ərəfəsində teraktlar törətməyə çağırıb ki, bu tarix də çempionatın başladığı vaxta təsadüf edir.