XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 May 2016 - 21:06

Türkiyə Kameronun cavabını verdi:"Rəzillikdir!"

Britaniya baş naziri Devid Kameronun Türkiyə ilə bağlı son açıqlamasına Ankaradan qəzəbli cavab gəlib. 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş Kameronun açıqlamasını rəzillik adlandırıb: «Əgər kimsə düşünürsə ki, Türkiyənin Avropa Birliyinə üzvlüyü 3 mininci ilədək vaxt aparacaq, bu, bizim yox, bu fikri deyənlər üçün rəzillikdir. Üstəlik onlara bu sualı vermək lazımdır ki, bugünkü Avropa Birliyi 30 ildən sonra harada olacaq. Onu da qeyd edim ki, biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk». 

Xatırladaq ki, Kameron Türkiyənin bu gedişlə Avropa Birliyinə 3000-ci ildə üzv olacağını bildirmişdi.