XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2015 - 06:36

Daha bir Qarabağ nümayəndəsi Ermənistan hərbi rəhbərliyinə gətirildi

movses.jpg

Ermənistan prezidenti Serj Sarkisyanın fərmanı ilə general-leytenant Lyova Mnatsakanyan Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi müavini vəzifəsindən azad edilib. Bu barədə BBC Azərbaycan xidməti məlumat yayıb.

Prezident Sarkisyanın başqa bir fərmanı ilə SQ baş qərargah rəisinin müavini vəzifəsinə general-leytenant Movses Hakobyan təyin edilib, Ermənistan prezidentinin mətbuat xidmətindən alınan məlumatda deyilir.

Movses Hakobyanın 50 yaşı var. O, Dağlıq Qarabağın Martuni (Xocavənd) rayonunun çartar kəndində anadan olub. 2007-ci ildən bu günədək özünü müstəqil respublika elan etmiş Dağlıq Qarabağ “müdafiə naziri” vəzifəsini tuturdu.

Movses Hakobyandan əvvəl bu vəzifəni tutan Seyran Ohanyan 2008-ci ildə Ermənistan Respublikasının müdafiə naziri təyin olunub.

Ermənistan mətbuatında dolaşan məlumatlara görə, Qarabağda Movses Hakobyanın yerini general-leytenant Lyova Mnatsakanyanın tutacağı ehtimal olunur.

Strateq.az