XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

29 May 2016 - 16:19

İranlı nazir:“Bu il bizdən həccə gedən olmayacaq”

 

İranlılar bu yıl hac yapamayacak

“İranlı zəvvarların bu il həcc ziyarətinə icazə verilməyəcək".

Strateq.az xəbər verir ki, bunu İran İrşad və Mədəniyyət Nazirliyi açıqlayıb.

İran dövlət radiosu IRINN-a açqılama verən nazir Cənnəti Səudiyyə yetkililəriylə keçirdikləri iki görüşdən nəticə alına bilinməməsinin səbəbini rəsmi Riyadın əməkdaşlığa meylli olmamasıyla izah edib: “Təəssüf ki, bu il iranlılar həccə gedə bilməyəcəklər".

İran Səudiyyə Ərəbistanı ilə aparılan danışıqlar çərçivəsində zəvvarların təhlükəsizliyi və viza güzəştlərinin tətbiq edilməsi şərtini irəli sürürdü. Maraqlıdır ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi ötən cümə günü verdiyi yazılı açıqlamasında zəvvarların ibadətlərini yerinə yetirə bilməsi üçün İran heyətinin tələblərinə müsbət cavab verdiklərini, buna baxmayaraq, onların müqaviləni imzalamaqdan boyun qaçırıb ölkələrinə döndüklərini bildirmişdi.

Rəsmi Riyadın açıqlamasında İran xalqının həcc ibadətini yerinə yerinə yetirə bilməməsinin günahının həmin ölkənin Həcc və Ziyarət Nazirliyində olduğunu, rəsmi Tehranın Allah və xalqa qarşı məsuliyyətdən daşıdığını vurğulamışdı.