XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 May 2016 - 10:35

Xızıda baş verən qəzada ölənlərin sayı3-ə çatdı, 20-dən çox yaralı var (YENİLƏNİR)

Xızıda avtobusun aşması nəticəsində yaralanaraq Sumqayıt şəhər Travmatologiya Xəstəxanasına yerləşdirilən xəstələrdən biri dünyasını dəyişib, iki nəfər isə artıq evə buraxılıb.

Xəstəxanadan verilən məlumata görə, dünyasını dəyişən şəxs kişidir.

Bildirilib ki, ümumilikdə xəstəxanaya 8 nəfər daxil olub. Onların ikisinə yardım göstərildikdən sonra evə buraxılıb. Xəstəxanada yerləşdirilənlər 1971-ci il təvəllüdlü İsmayılov Mehman Oruc oğlu reanimasiya şöbəsinə, 1962-ci il təvəllüdlü Fəttayeva Zərxanım Həşim qızı travmatologiya şöbəsinə, 1969-cu il təvəllüdlü Qasımov Sumiddin Həmzə oğlu travmatologiya şöbəsinə, iki naməlum kişi reanimasiya şöbəsinə, 1982-ci il təvəllüdlü Şirinov Zaur Hurquz oğlu reanimasiya şöbəsinə, 1974-cü il təvəllüdlü Süleymanova Şəfəq Sərdar qızı travmatologiya şöbəsinə, 1991-ci il təvəllüdlü Bəşirova Günel Rayət qızı reanimasiya şöbəsinə yerləşdirilib.

X X X

Xızıda avtobusun aşması nəticəsində yaralananlar arasında 12-13 yaşlı qız uşağı da var. Həmin uşaq istirahətə gələnlərdən birinin uşağı olub.

Bu barədə Trend-ə Xızı rayon Təcili Tibbi Yardım Stansiyasından məlumat verilib.

Verilən məlumata əsasən, yaralılardan 15 nəfəri Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə, qalanları isə Sumqayıt şəhər Travmatologiya Xəstəxanasına yerləşdirilib. Yaralıların hamısının vəziyyəti ağırdır.

Eyni kollektivin işçiləri olan yaralananlar Xızıdakı "Qızılqazma" istirahət mərkəzindən geri qayıdarkən avtobus dərəyə aşıb.

Sumqayıt şəhər Travmatologiya Xəstəxanasından Trend-ə verilən məlumata görə, daha ağır vəziyyətdə olan bir xəstə reanimasiya şöbəsinə, qalanları isə müxtəlif şöbələrə yerləşdirilib.

X X X

Bu gün axşam saatlarında Xızı rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xızı rayon polis şöbəsindən verilən məlumata görə, "Hundai" markalı avtobus naməlum səbəblərdən yoldan çıxaraq dərəyə aşıb. Polis şöbəsindən 2 nəfərin – Sumqayıt Dövlət Texniki Kollecinin müəllimi 1984-cü il təvəllüdlü Hacıyev Kamil İslam oğlu və kollecin xanım əməkdaşı hadisə yerində həyatını itirib.

Yaralılardan 15 nəfərin şəxsiyyəti açıqlanıb: onlar 2005-ci il təvəllüdlü Nigar Kazımlı, 1965-ci il təvəllüdlü İndira Mollayeva, Ziba Rəhimova, Lalə Rəhmanova,1950-ci il Qafar Abdullayev, 1951-ci il təvəllüdlü Çaylar Mikayılov, Rasim Rzayev, Leyla Fərhadova, İsmayıl Feyzullayev, 1966-cı il təvəllüdlü Əsəd Qurbanov,1954-cü il təvəllüdlü Nizami Abdullayev, İradə Əliyeva, Fərqanə Fərzəliyeva, Hədiyyə Əliyev və Vüsalə Ağabəyli.

Qəzanın səbəbləri araşdırılır.