XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 May 2016 - 11:57

Səhiyyə naziri Siyəzənə getdi- Xızıda yaralananların vəziyyəti ilə tanış olmaq üçün

oqtay-sireliyev

Səhiyyə naziri Oqtay Şirəliyev Xızıda avtobusun aşması nəticəsində yaralananların vəziyyəti ilə tanış olmaq üçün Siyəzən Müalicə Diaqnostika Mərkəzinə gedib.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, hazırda Siyəzən Müalicə Diaqnostika Mərkəzində qəza nəticəsində yaralanan 11 nəfər müalicə edilir. Onların bu gün ərzində Sumqayıt Şəhər Travmatologiya Xəstəxanasına köçürüləcəyi gözlənilir.

Sumqayıt Şəhər Travmatologiya Xəstəxanasına isə qəza nəticəsində yaralanmış 8 nəfər daxil olub. Onların 2-i evə buraxılıb, 1 nəfər dünyasını dəyişib. Hazırda 5 nəfər xəstəxanada müalicə edilir.