XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 June 2015 - 07:16

Arif Məmmədov: “Özüm istefa məktubu yazdım“

Keçən həftə istefa məktubunu Baş katibin adına göndərdim. İndi birbaşa “Azərbaycan Vision2025 Proqramı” ilə məşğul ola bilərəm və yaxın gələcəkdə uğura inanıram”.

Strateq.az xəbər verir ki, bunu diplomat Arif Məmmədov “Azadlıq” radiosuna açıqlamasında deyib.

Xatırladaq ki, Arif Məmmədov İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanındakı səfiri idi. O, öz Facebook statusunda mayın 19-da 15 nəfərin ölümü ilə nəticələnən yanğına görə Azərbaycan hakimiyyətini tənqid etdikdən sonra rəsmilərin tənqidinə tuş gəlmişdi.

APA agentliyi iyunun 15-də diplomatik mənbələrə istinadla yazır ki, Arif Məmmədov İƏT-in diplomatı statusundan məhrum edilib və təşkilatın sıralarından çıxarılıb.

Arif Məmmədovun yerli mətbuata bildirdiyinə görə, o, ölkəni böhran vəziyyətindən çıxarmaq üçün qarşıdakı 10 ili əhatə edən proqram üzərində işləyir.