XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 May 2016 - 15:10

Ziyalılar prezidentə müraciət etdi: “Tarixi binaların sökülməsinə imkan verməyin!” –FOTOLAR

tarixi-abide-yasamal-1

Azərbaycanın tanınmış şəxsləri – şair, tarixçi, iqtisadçı, jurnalist və sair peşə sahibləri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.

Müraciət müəllifləri ölkə prezidentinin diqqətinə Bakının tarixi, maddi-mədəniyyət nümunələrinin qəddarlıqla dağıdıldığını çatdırıb, bu prosesə müdaxilə edilməsini xahiş ediblər: 

Strateq.az-a daxil olan 582 nəfər tanınmış şəxslərin imzaladığı müraciəti və bəhs edilən tarixi abidələrin fotolarını təqdim edirik:

"Möhtərəm cənab Prezident!

Bizim hər birimiz dövlətimizi sevən, bu torpağı VƏTƏN bilən Azərbaycan vətəndaşıyıq. Dövlətin möhkəmlənməsi, inkişafı, yüksəlməsi naminə Sizin rəhbərliyinizlə aparılan geniş miqyaslı bütün işləri dəstəkləyir və həmişə yanınızdayıq.

Qədim Bakımız Vətən dediyimiz bu dövlətin gözəl paytaxtı – ürəyidir. Onun hər bir guşəsi, hər bir daşı hamımız üçün əzizdir, qiymətlidir – Vətənin bütün guşələri, hər daşı, zərrəsi kimi. Sizin rəhbərliyinizlə son illərdə paytaxtımız daha da abadlaşıb, gözəlləşib, müasirləşib. Ancaq neçə vaxtdır ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin "Sovetski” kimi tanınan hissəsində aparılan ucdantutma söküntü işləri xalq arasında ciddi narahatlıq doğurur. Aydındır və bilirik ki, Bakıda sökülməli olan çoxlu sayda köhnə, memarllıq baxımından primitiv binalar – "xruşşovkalar”, məhəllələr var. Bununla belə, Bakımızın göz bəbəyimiz kimi qorunmalı olan binaları da var.

Son zamanlar Bakı meriyasının xətti ilə elə binalar sökülür, dağıdılır ki, onlar tariximizdır, bütünlükdə Bakımızdır. Çünki onlarda tariximiz yaşayır, onlarda Bakının yüzilliklər qoxusu var. Bir müddət əvvəl meriyanın göstərişini kor-koranə yerinə yetirən "söküntü-tikinti” təşkilatları paytaxt sakinlərinin etirazlarına heç bir məhəl qoymadan xalqımızın korifey sənətkarı, adı Azərbaycanın teatr tarixinə əbədi olaraq qızıl həflərlə həkk edilmiş Abbas Mirzə Şərifzadənin vaxtilə yaşadığı, memarlıq elementləri ilə Bakının ötən yüzillikdəki rəmzlərindən biri olan, heç bir dağıntısı-aşınması olmayan, divarının qalınlığı 1 metrdən də çox olan (buna görə də onu çox çətinliklə sökdülər) bir binanı da son dərəcə laqeyidliklə, soyuqqanlıqla söküb-dağıdaraq, altını üstünə çevirdilər. Söküntü işlərini aparan təşkilat rəhbərləri sanki bu ölkənin vətəndaşları deyil, yad planetlərdən gələnlər idilər. Onlar tarixi-memarlıq nümunələrinin sökülməsinə etiraz edən Bakının yaşlı sakinlərinin yalvarışlarına belə məhəl qoymadılar (Bakımızın mədəni-tarixi abidələrinə bu çür hörmətsizlik, qəddar münasibət həmin günlərdə nə qədər adamın əsəb gərginliyinə, ürək tutmalarına səbəb oldu, hətta "təcili yardım”a ehtiyacı olanlar da oldu).

Respublikamızda "Tarixi abidələrin qorunması haqqında” Qanunun 2-ci maddəsində deyilir: "Tarix və mədəniyyət abidələri arxeoloji və memarlıq obyektləri, etnoqrafik, numizmatik, epiqrafik, antropoloji materiallar, tarixi hadisə və şəxsiyyətlərlə bağlı olan bina, xatirə yerləri, əşyalar xalqın dini əqidəsi ilə bağlı dəyərlərdir”.

Xalqımızın unudulmaz sənətkarı Abbas Mirzə Şərifzadənin bir müddət əvvəl sökülən evi də bu baxımdan həmin dəyərlərdən biri idi ki, qəddarcasına yox edildi. O binanın üç əsrlik yaşı, yaddaşı vardı. Adıçəkilən qanuna görə, həmin bina və tarixi şəxsiyyətlərlə bağlı digər binalar, xatirə yerləri qorunmalıydı…

Qanunun 2-ci maddəsinin "b” bəndində bununla bağlı xüsusi qeyd olmasına baxmayaraq, Bakının müxtəlif yerlərində aparılan söküntü işləri xeyli vaxtdır ki, ucdantutma, heç nəyə, heç bir qanun-qaydaya məhəl qoyulmadan davam etdirilir. Şəhərin mərkəzində, "Sovetski” adlanan elə həmin yerdə, ənənəvi Bakı mühitini əks etdirən, qanuna görə memarlıq abidələri sayılan evlər, binalar, məhəllələr laqeydliklə dağıdılır.

Yasamal rayonunun başqa bir yerində, Murtuza Muxtarov küçəsi – 83 ünvanında yerləşən "Yuğ” Teatrının yerləşdiyi tarixi bina da eyni aqibətlə üzləşdi. O binanın əsası 1888-ci ildə qoyulmuşdu, XIX əsr Azərbaycan memarlığını ifadə edirdi. "Fərəculla hamamı” kimi tanınan həmin binanın turizm üçün də əhəmiyyəti vardı. Biz turistləri bu yerlərə dəvət edib, XIX əsrin Bakısı ilə tanış edə bilərdik… İndi də milyonçu Ağabala Quliyevin evinin söküləcəyi haqda xəbərlər yayılıb.

Biz çox narahatıq, cənab Prezident!

Axı, həmin tikililər, o cümlədən iç-içə olan evlər, dalanlar qanuna əsasən memarlıq abidələri sayılır. Ali qanunverici orqan olan Milli Məclisin qəbul etdiyi həmin qərarda (maddə "b”) bildirilir ki, "Memarlıq abidələri – öz həcm-plan həllini kifayət qədər saxlayan qurmalar, müxtəlif təyinatlı memarlıq-inşaat binaları, yardımçı obyektlər, mühəndis kommunikasiyaları; məskənsalma (şəhərsalma) abidələri; ərazisinin əksər hissəsi memarlıq, tarixi-mədəni sənətkarlıq abidələri və tikililər ilə tutulan, ənənəvi məhəllələrə bölünən, bəzən də qala divarları ilə əhatə edilən, küçə şəbəkəsini və mühəndis kommunikasiyalarını qismən saxlayan yaşayış məntəqələri, bağ-parklar, xiyabanlar, incəsənət nümunələri; yeni yaranmış memarlıq abidələri; öz həcm-plan, bədii-estetik, istismar-funksional və texniki-konstruktiv həllinə görə uzun ömürlü memarlıq binaları və qurmaları; kiçik memarlıq formaları; monumentlər, obelisklər, fəvvarələr, şəlalələr, bulaqlar, hovuzlar, köşklər və ərazidə xüsusi mövqe tutan başqa yaradıcılıq obyektləri” qorunub-saxlanmalıdır.

Möhtərəm cənab Prezident!

Xalqımızın hər zaman inanaraq güvəndiyi, son istinad yeri, dövlətimizi bütün qanı-canı ilə sevən, onun başında duran müdrik rəhbər, hər birimizin Prezidenti kimi Sizdən artıq dərəcədə xahiş edirik ki, maddi-mənəvi abidələr, muzey kimi, tariximiz kimi qorunmalı olan binaların, məhəllələrin sökülməsinə imkan verməyəsiniiz.

Yoxsa onlar nüfuzlu tarixçilərimizin, tanınmış memarlarımızın rəyləri ilə hesablaşmadan Bakının maddi-mənəvi tarixini yaşadan binaları bir ucdan dağıdıb-sökəcəklər, Bakımızın tarixi məhv olacaq. Axı, Qarabağda ermənilərin məhv elədikləri maddi-mənəvi abidələrimiz azdırmı ki, belələri Bakımızı da ağına-bozuna baxmadan bu cür abidələrdən məhrum edirlər. Doğrusu, tariximizin – dünənimizin bu cür qəddarlıqla yox edilməsinə qərar verən məmurlarda Azərbaycan sevgisi, millət sevgisi olduğuna heç cür inanmaq olmur.

Möhtərəm cənab Prezident!

Yalnız Siz, məhz Siz bu cür halların qarşısını kəskinliklə ala bilərsiniz. Yoxsa, Bakımızın keçmişini məhv etməyə çalışanlar müxtəlif saxta "dəlil-sübutlarla” sabah qədim Şirvanşahlar Sarayının da, Qız Qalasının da, hətta Ulu öndərimizin yadigarı olan və bu gün onun ölməz adını daşıyan Heydər Əliyev adına Respublika Sarayının da guya "təhlükəli”, "qəzalı” vəziyyətdə olduğunu iddia edərək, şəhərimizə, bütün Azərbaycanımıza xüsusi bir gözəllik və möhtəşəmlik verən bu cür tarixi-memarlıq abidələrinin də sökülməsi təklifini verəcəklər. Bakı meriyası isə ciddi yoxlama-araşdırma aparmadan belələrinin istəklərinin, bəd əməllərinin reallaşmasına rəvac verəcək, "yox” deməyəcəkdir. Odur ki, onlar hələ nə qədər ki Bakımızın keçmişini tam məhv etməyibər, Sizdən artıq dərəcədə xahiş edirik ki, Bakımızın və eləcə də respublikamızın digər şəhər və rayonlarının maddi-mədəni, tarixi abidələrinin məhvinə yönəlmiş bu cür halların qarşısını qətiyyətlə alasınız (heç olmasa, qalan tarixi-memarlıq abidə və nümunələri vaxtında xilas edilsin, məhv edilmək kimi acı aqibətə düçar olmasın).

Hörmətlə, Azərbaycan Respublikasının Sizə güvənən, öz Vətəninin hər bir guşəsini, hər bir qarışını, hər daşını-torpağını sevən vətəndaşları:

1. Kamalə Abiyeva – AYB üzvü, təhsil işçisi

2. Rəhman Orxan – jurnalist, AJB üzvü

3. İlhamiyyə Rza – jurnalist
4. Aytən Yusifova – memar
5. Şəhla Quluzadə – təhsil işçisi
6. Anar Quluzadə – mühəndis
7. Bəhruz Salmanov – AR vətəndaşı
8. Kəmalə Pənahova – AR vətəndaşı
9. Seymur Fərzəliyev – hüquqşünas
10. Şövkət Səmədova – təhsil işçisi
11. Roza İsmayılova – təhsil işçisi
12. Rövşən Lətifov – iş adamı
13. Sevda Vahid – memar
14. Gülşən Rafiqqızı – AzTU-nun dosenti
15. Aybəniz Ələkbərova – iqtisadçı
16. Aysel Əlizadə – yazıçı-publisist
17. Təranə Musayeva – tərcüməçi, AYB üzvü
18. Mehparə Rəhimqızı – təhsil işçisi
19. Fərhad Mehdiyev – hüquq professoru
20. Gülnaz Qənbərli – jurnalist
21. Rahib İsmayılov – dövlət qulluqçusu
22. Qalib Əlibəyli – gənc vətəndaş
23. Erşad Məhərrəmli – təhsil işçisi
24. Teymur Əliyev – rejissor, aparıcı
25. Müşfiq Şükürov – filosof
26. Lalə Qasımova – ədəbiyyatçı
27. Elnur Məmmədli – maliyyəçi
28. Şahin Əzimov- iqtisadçı
29. Fidan Hüseynova – gənc vətəndaş
30. Bədurə Süleymanova – ədəbiyyatçı
31. İradə Süleymanova – həkim
32. Nərmin Dadaşova – yazar
33. Fuad Məmmədov – mühəndis
34. Cabir Hacıyev – iqtisadçı
35. Pərvin Abdullayeva – iqtisadçı
36. Elşən Abdulla – tarixçi-arxeoloq
37. Həqiqət İsmayılbəyli – hüquqşünas
38. Aysel Cəbrayılova – təhsil işçisi
39. Almaz Əliyeva – yazıçı, AYB üzvü.
40. Fərid Gəmici – mühəndis
41. Nəriman Etibarov – texnoloq
42. Səlim Hacıyev – gənc vətəndaş
43. Rəhimə Qiyasova – iqtisadçı
44. Turxan Abdullayev- əmtəəşünas
45. Zahid Kərimov – rəssam
46. Xətai Kərimov – iqtisadçı
47. Arif Ərşad – yazıçı, tərcüməçi
48. Rövşən İbrahimov – politoloq
49.Yeganə Kərimzadə – yazıçı, rejissor
50. Nİgar Allahverdi – müəllimə
51. İlqar Məmmədov – sürücü
52. Əyyam Əmirov – reportyor
53. Famil Rzayev – AR vətəndaşı
54. İradə Quliyeva – AR vətəndaşı
55. Gülər Axundova – evdar xanım
56. Eliza Dadaşzadə – məktəbli
57. Sevinc Babayeva – müəllimə
58. Erkin Süleymanlı – tibb elmləri namizədi
59. Yusif İbrahimov – həkim
60. Leyla Quliyeva – tələbə
61. Sübhan Padarov – tarixçi
62. Sevil Cəlilova – həkim
63. Səmayə Abdullayeva – evdar xanım
64. Fəridə Kazımova – evdar xanım
65. Oktay Abdullayev – təqaüdçü
66. Şəbnəm Həsənova – TV, aparıcı
67. Pərvanə Şıxəliyeva – təhsil işçisi
68. Əfsanə Hikmətli – hüquq müdafiəçisi
69. Fəxrəndə Dəmirova – müəllimə
70. Fəridə Mehdiyeva – ekoloq
71. Fəridə Kazımova – mühəndis
72. Ülkər Yusifova – tələbə
73. Elnarə Mirzəyeva – tələbə
74. Sevda Əliyeva – tələbə
75. Ramal Qurbanov – AR vətəndaşı
76. Dilqəm Əhməd – jurnalist
78. Tacirə Mahmudova – AR vətəndaşı
79. Ruqiyyə Əmirli – AR vətəndaşı
80. İradə Dadaşova – müəllimə
81. Gülüstan Ələkbərli – maliyyəçi
82. Sahilə İbrahimova – yazıçı
83. Rəbiqə Nazimqızı – şairə
84. Ramin Hacılı – siyasətçi
85. Bahar Hacızadə – təhsil işçisi
86. Arzu Məmmədova – dövlət qulluqçusu
87. Vəfa Rüstəm – vəkil
88. Şəhla Hümbətova – vəkil
89. Lalə Qasımova – AR vətəndaşı
90. Qaşqay Cəlilov – AR vətəndaşı
91. Ömər Hüseynov – AR vətəndaşı
92. Famil Rzayev – AR vətəndaşı
93. Aygün Fəttahova – AR vətəndaşı
94. Asəf Əmirov – AR vətəndaşı
95. Esmira Məmmədova – AR vətəndaşı
96. Səidə Vəliyeva – AR vətəndaşı
97. Hikmət Həsənov – televiziyaçı
98. Ulduzə Rüstəmova – mədəniyyət işçisi
99. Səmər Əvəzqızı – mədəniyyət işçisi
100. Nazim Cəfərov – sahibkar
101. Gül Abbasova – jurnalist

…və başqaları. Cəmi – 582 nəfər”.