XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

30 May 2016 - 15:49

Rəsmi Moskvadan Ankaraya barışıq mesajı:"Bunu yalnız Türkiyə həll edə bilər"

putin peskov

"Rusiya-Türkiyə münasibətlərindəki problem işçi qrupunun vasitəçiliyi ilə həll oluna bilməz. Bunu ancaq Türkiyə hökuməti edə bilər".

Bunu Rusiya prezidentinin mətbuat kaltibi Dmitri Peskov keçirdiyi mətbuat konfransında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun münasibətlərin normallaşdırılması istiqamətində irəli sürdüyü təkliflə bağlı jurnalistləriun suallarını cavablandırarkən deyib. 

“Bu problemi heç bir işçi qrupu həll edə bilməz. Bunu yalnız Türkiyə həll edə bilər. Moskva Türkiyənin Vladimir Putinin Afinada səsləndirdiyi addımları həyata keçirməsini gözləyir”, – Peskov bildirib(Axar.az).

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Afinaya səfər zamanı Su-24 olayına baxmayaraq, Kremlin Ankara ilə əlaqələrini bərpa etmək niyyətində olduğunu və Türkiyədən qəti addımlar gözlədiklərini demişdi.